"Azərbaycanda pensiya yaş həddi yüksək deyil" - Nazirlik pensiya

"Hazırda ölkədə əhalinin pensiya yaş həddi yüksək deyil. Bununla bağlı mütəmadi təhlillər və müşahidələr aparılır".

“Report” xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov "Yeni TV"yə müsahibəsində deyib.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda pensiya yaş həddinin yuxarı olması müşahidə edilmir: “Həyat səviyyəsinin ömür uzunluğunun artması səbəbindən pensiya yaş həddi mərhələli şəkildə artır. 65 yaşa çatanda proses tamamlanacaq”.

Şöbə müdiri vurğulayıb ki, hazırda Dövlət Statistika Komitəsinin müəyyən etdiyi rəqəmlərə görə Azərbaycanda orta ömür uzunluğu 77 ildir. Pensiya yaş həddinin yüksək olması ilə bağlı səsləndirilən fikirlər məntiqə və araşdırmalara söykənmir. Bu gün ölkədə 1 milyon 232 min pensiyaçı var. Onun 54%-i 12 ildən artıqdır pensiya alır. Hansı ki, onların pensiya kapitalları artıq bitib”.

635x100

Şərhlər

Oxucu 2021-02-23 20:29:52

Pensiya yaş həddi 60 yaş olmalıdır...

Pensiyaçı 2021-02-23 15:13:45

Belə analizi verən görən hara vətəndaşıdır?O ya hesab bilmir.ya insanların orta yaşından xəbəri yoxdur,ya da sərsəmləyir.:5 yaşda pensiya dünyanın neçə ölkəsində var?an

Veteran 2021-02-23 13:44:32

Hansı nağılı danışırsan danış pensiya yaş həddi yüksəkdir. Pensiya yaşı omalıdır kişilər üçün 60,qadınlar üçün 55.3 və daha artıq övladı olan analar 50 yaş olmalıdır. Sığorta həcmi aşağı salınmalıdır.

Xalq 2021-02-23 12:40:22

malades

Son yazılar