Menu

Yol polisi ölkə üzrə buzlaşma olan yolları açıqlayıb

24.02.2021, 10:46

Baş Dövlət Yol Polisi İdarəsi ölkə üzrə buzlaşma olan yolların siyahısını açıqlayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev APA-ya açıqlamasında bildirib ki, respublika yollarında əksər ərazilərə qar yağıb, avtomobillərin hərəkəti çətinləşib:

“Ağsu aşırımında yol buzlaşıb, hərəkət yoxdur. Bakı-Quba-Rusiya yolunun 130 km-dən başlayaraq 204 km-dək, Gəncob-Yalama yolu buzlaşıb, hərəkət çətinləşib. Bundan başqa, Bakı-Şamaxı younun 78 km-dən 140 km-dək yollarda güclü qar olsa da, buzlaşma yoxdur. Həmin istiqamətdə gedən sürücüləri diqqətli olmağa çağırırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol