Bakıda zəncirvarı yol qəzası olub.
Şahidlərin APA-ya verdiyi xəbərə görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub. Zəncirvari qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb.
Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev deyib.
O qeyd edib ki, baş verən qəzada “VAZ-2107” markalı avtomobildə bir nəfər ölüb: “Hazırda əməkdaşlarımız hadisə yerində araşdırma aparır. Ölən və yaralanan şəxslərin kimliyi isə hələlik məlum deyil”.


Şərhlər