Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı yüksələrək 200-ü keçib. Belə ki, fevralın 23-də koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu gün yoluxanların sayında artım davam edərsə, martın ilk həftəsindən başlayaraq karatin rejimində sərtləşmələrin olması ilə bağlı iddialar səsləndirlir. Azərbaycanda karantin rejimi yenidən sərtləşə bilər?

Deputat qeyd edib ki, elə ölkələr var ki, vaksinasiyadan faydalana bilmirlər: "Bu da pandemiyanın davam etməsinə gətirib çıxara bilər. Azərbaycanda insanlarımız öz istəkləri ilə vaksinasiya olunurlar. İnsanlar bəzən vaksinlə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirirlər. Ona görə bununla bağlı təbliğat və maarifləndirmə işlərini genişləndirməliyik. İnsanlarımız bilməlidir ki, vaksin bu pandemiyanın bitməsi üçün vacibdir.Əlbəttə vaksin vurulsa belə, yenə 3 qızıl şərtə əməl etməliyik.Maskadan istifadə, gigiyenik qaydalara əməl etmək və sosial məsafənin qorunması bizim həyat tərzimiz olmalıdır.
Hesab edirəm ki, insanlarımız bu 3 qızıl qaydaya əməl etsə və vaksinasiya olunanlarsa gələcəkdə növbəti yumşalmalar ola bilər. Amma Operativ Qərargahın tövsiyələrinə əməl olunmasa yenidən sərtləşmə ola bilər. Çünki koronavirusun yeni növü yayılır. Hələlik bu növ Azərbaycanda yayılmayıb. Ona görə də biz ehtiyatı əldən verməməliyik".


"Ən çox hansı məktəblərdə yoluxma faktları qeydə alınırsa və yoluxan müəllimlərdən hər hansısa biri müxtəlif siniflərdə olsursa, həmin məktəb birbaşa karantinə alınır. Yox, deyək ki, yoluxan müəllim yalnız bir sinifdə olursa, bu zaman həmin sinif karantinə alınır, digərlərinin isə fəaliyyəti davam edir". Bunu isə Milli.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspert bildirib ki, yaxın gələcək üçün respublika üzrə təhsil müəssisələrinin bağlanması gözlənilmir: "Ölkəmiz üzrə yoluxma halları gündəlik 200 rəqəminin altındadır və düşünmürəm ki, qarşıdakı vaxtda bu tendensiya davam edərsə, məktəblər qapadılsın.
Burada ziddiyətli məqam var. Ötən ilin fevral ayının sonlarına doğru bəlli oldu ki, ölkəmizdə bir-iki nəfər koronavirusa yoluxmuş şəxs var. Və tədricən mart ayının 2-dən etibarən dərslər distant formaya keçdi. Həmin iki nəfərə görə ölkədə ümumi distant formada təhsilə keçid olsa da dünən açıqlanan statistikanı, həftə içində digər günlərdəki statistikanı nəzərə alsaq, məntiqlə məktəblər bağlanmalıdır, ənənəvi təhsil forması davam etməməlidir. Amma bunun əksinə olaraq bu qədər yoluxmanın qarşılığında təhsil müəssisələri ənənəvi qaydada fəaliyyətlərini davam etdirirlər.
Ölkəmizdə vaksinasiya prosesi də həyata keçirilir. Eyni zamanda, artıq ölkə əhalisinin təxminən 3 milyonundan test götürülüb. Bütün bu amilləri nəzərə aldıqda diqqət yetirmək olar ki, qarşıdakı vaxta ənənəvi təhsilin ümumi respublika üzrə bağlanması elə də real görünmür. Yalnız gündəlik yoluxma sayı 400-500 həddinə qalxarsa, biz buna üçüncü dalğa deyirik, o zaman bağlana bilər. Amma bu da yaxın gələcək üçün gözlənilmir.
Belə halların yaşanmaması üçün, ilk növbədə, bütün təhsil müəssisələri, eyni zamanda valideynlər izolyasiya qaydalarına riayət etməlidirlər, qoruyucu maskadan istifadə olunmalıdır, tibbi spirtlərdən istifadə olunmalıdır, bədən temperaturları yoxlanılmalıdır. İstər müəllim, istər şagirdlərdə hərarət əgər 37 dərəcənin üstündədirsə, onlar auditoriyalara buraxılmamalıdır.
Yaxşı olardı ki, müəllimlərin vaksinasiya prosesi başlanılsın. Çünki ölkəmizdə kifayət qədər müəllim kontingenti var. Dərslərin ənənəvi formada aparılmasını və müəllimlərin həssas qrupa daxil olmasını nəzərə alsaq, bilərik ki, vaksinasiya prosesinin tez başlanılması bir o qədər əhəmiyyətlidir. Bütün bu proseslərə əməl olunarsa, düşünmürəm ki, təhsil yenidən ənənəvi formadan distant formaya qaytarılsın".
AzPolitika.info


Şərhlər
Karantin rejimi insanın azadlığını mədudlaşdırmaq üçündür,orta əsrlərdə və sonrakı dövrlədə yoluxucu xəstəliklərin qarşısını almaq üçün karantin tətbiq olunub,amma indiki dövrdə belə qədim mübariz üsullarının tətbiqinin heç bir əsası yoxdur,indiki karantin tibbi yox,siyasi məsələlərlə bağılıdır.Ancaq daha camaat bezib,belə davam edə bilməz
seçilməyən deputatlar kresloilarından qorxurlar. Ona görə istəyirlər ki bu virus söhbəti qurtarmasın. Sosial duru çox acınacaqlıdır,qorxurlar ki kütləvi çıxışlar olar,etirazlar baş verər. Ona görə də sərtləşəcək
10 qəpiklik maskanı millətə pulsuz paylamayan və qiyməti dəfələrcə baha olan bir aşını pulsuz təklif edən bir quruma hansı ağıl sahibi inana bilər ki?
Get cəhənnəm ol ....Millet qırılır aclıqdan ondan niyə danışmırsan.Bir dəfə olsa milletin xeyirinə bir söz isledinde . İnsan həyata bir dəfə gəlir ondada təmiz insan olun ...