Ankara Türkmənistan qazının Avropaya tədarükünə hər cür dəstək verəcək. Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu fevralın 23-də Türkmənistanlı həmkarı Rəşid Meredovla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
«Biz, mümkün olan hər şeyi etməyə hazırıq ki, Türkmənistan qazı Türkiyədən keçməklə, Avropaya çatsın» - Çavuşoğlu bildirib.
Türkiyə XİN başçsı həm də Xəzərdəki «Dostluq» yatağının işlənməsi barədə Azərbaycanla Türkmənistan arasında imzalanmış memorandumu alqışlayıb.
Türkmənistan XİN-in məlumatına görə, Çavuşoğlu və Meredov siyasi-diplomatik, ticari-iqtisadi və humanitar-mədəni istiqamətlərdə qarşılıqlı fəaliyyəti və investisiya məsələsini müzakirə ediblər. Görüşün nəticələrinə əsasən, onlar 2021-2022 illər üçün əməkdaşlıq barədə proqram imzalayıblar.
AzPolitika.info


Şərhlər