Menu

Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahın bəyanatını şərh etməyib

25.02.2021, 13:25
Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahın bəyanatını şərh etməyib

Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahının baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edən bəyanatını şərh etməkdən boyun qaçırıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bundan başqa, "RİA Novosti"nin məlumatına görə, Rusiyanın Yerevandakı səfirliyi də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının baş nazir N.Paşinyanı istefaya çağıran bəyanatını və hökumət başçısının bu qurumun rəisini istefaya göndərməsi qərarını şərh etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol