Türkiyəli həkimlər 3 gündə 150-dən çox qazimizi müayinə ediblər
Baxiş sayı:
Dərc olunub:
25/02/2021 - 14:49
"YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər 3 gün ərzində 150-dən çox qazimizi müayinə ediblər.
Fonddan APA-ya verilən məlumata görə, ağır yaralı olan qazilərimizin bundan sonra da müalicə və əməliyyatları türkiyəli və yerli həkimlərin birgə rəyi əsasında davam etdiriləcək.
Xatırladaq ki, “YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.
Həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər olublar.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.