Menu

Bakı Apellyasiya Məhkəməsinin cinayət işi üzrə qərarlarının 62 faizi qüvvədə saxlanılıb

27.02.2021, 16:49
Bakı Apellyasiya Məhkəməsinin cinayət işi üzrə qərarlarının 62 faizi qüvvədə saxlanılıb

2020 ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyasına Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş işlər və materiallar üzrə 715 nəfər barəsində qərar çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə Ali Məhkəmənin Cinayət Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

Bu işlərdə 444 (62,1%) nəfər barəsində qərarlar dəyişdirilmədən saxlanılıb.

53 (7,4%) nəfər barəsində qərarlar ləğv olunub, onlardan 49 (6,8%) nəfər barəsində işlər yeni apellyasiya baxışına qaytarılıb.

4 (0,5%) nəfər barəsində iş üzrə icraata xitam verilib.

59 (8,2%) nəfər barəsində qərarlar dəyişdirilib, 2 (0,4%) nəfər barəsində kassasiya icraatına xitam verilib. 113 (15,8%) nəfər barəsində iş üzrə kassasiya müraciətləri geri qaytarılıb.

44 (6,1%) nəfər barəsində iş üzrə prosessual müddətin bərpasına dair vəsatətlər təmin edilməyib.

Şərhlər

Rəhim 2021-02-27 17:25:03

Əlbəttə qüvvədə saxlanılacaq.İt .. Çünki hakim apellyasiya şikayətini özü qəbul edir,özü Apelyasiya məhkəməsinə aparır və orada həmkaeları ilə aldığı rüşvəti bölüşür.Ona görə də çox hallarda ilk məhkəmələrin qərarları qüvvədə saxkanılır.k mə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol