Avstriyanın Azərbaycandakı səfirliyindən "Trend"-ə bildirilib ki, bu vəzifəyə Mag. Aksel Vex təyin olunub.
Aksel Vex Azərbaycanda diplomatik fəaliyyətinə bu il dekabrın 1-dən başlayacaq. O, bu vəzifədə Silvia Mayer-Kaybiçi əvəz edəcək.
Qeyd edək ki, 1968-ci il təvəllüdlü Aksel Vex 1992-ci ildə Qrats Universitetində hüquq üzrə ali təhsil, Mag.iur. elmi dərəcəsini alıb.1998-1999-cu illərdə Avstriyanın Brüsseldəki səfirliyində attaşe kimi fəaliyyət göstərib. O,1999-2000-ci illərdə Avropa və beynəlxalq məsələlər üzrə Federal Nazirlikdə, Avstriyanın Yeni Dehlidəki və Braziliyadakı səfirliklərində fəaliyyət göstərib. 2005-cı ildə Şri Lankada sunami ilə bağlı yardım əməliyyatına rəhbərlik edib.
Azərbaycana təyin olunmamışdan öncə - 2010-cu ilin dekabrından isə Avstriyanın İslamabaddakı səfiri kimi fəaliyyət göstərib.


Şərhlər