Menu

“Biz Ermənistan rəhbərlərinin məsuliyyətinə çox ümid edirik” - Matviyenko

01.03.2021, 19:17
“Biz Ermənistan rəhbərlərinin məsuliyyətinə çox ümid edirik” - Matviyenko

Rusiya İrəvandakı hadisələrdən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli sazişə riayət edəcəyinə ümid edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu RİA “Novosti” agentliyinə müsahibəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

"Biz Ermənistan rəhbərlərinin məsuliyyətinə çox ümid edirik, hansısa hadisələrin baş verməsindən asılı olmayaraq, Dağlıq Qarabağla bağlı sazişin icra olunmasında davamlılıq olmalıdır. Bu sazişə zidd olacaq hər hansı hərəkət, addım böyük faciəyə gətirib çıxara bilər. Buna yol vermək olmaz", - deyə o qeyd edib.

V. Matviyenko üçtərəfli sazişin imzalanmasının Cənubi Qafqaza sabitlik gətirdiyini də xatırladıb.

Şərhlər

Xalq 2021-03-01 21:00:34

10 noyabr sazişinə siz ruslar əməl etdiniz ki, ermənilər də sazişə əməl etsinlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol