Menu

Türkiyədə əyani təhsilin bərpası təxirə salındı

01.03.2021, 21:37
Türkiyədə əyani təhsilin bərpası təxirə salındı

Türkiyə məktəblərində əyani təhsilin bərpası bu günə planlaşdırılsa da, bölgələrdəki epidemioloji vəziyyətlə əlaqədar olaraq məktəblərin açılışı martın 2-nə təxirə salınıb. Bu barədə Türkiyənin təhsil naziri Ziya Səlçuk açıqlama verib.

“Məktəblərin açılış təqvimindəki 1 günlük gecikmə üçün bütün vətəndaşlarımızdan üzr istəyirəm. Son bir neçə gündə bəzi bölgələrdə müşahidə olunan yoluxma artımı yenidən qiymətləndirmə zərurəti yaradıb. Sağlamlıq prioritetimizdir. Səbriniz və anlayışınız üçün təşəkkür edirik”,- Ziya Səlçuk qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol