Menu

Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınnda yanğın olub

01.03.2021, 23:14
Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınnda yanğın olub

Bakıda yaşayış binasında yanğın olub. Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınin zirzəmisinə yığılan 7 ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb. Qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol