Özbəkistanda vilayət hakimi konteynerdə məskunlaşıb - Xalqa yaxın olmaq üçün...

Buxara vilayətinin hakimi (başçısı) Botir Zaripov "xalqa yaxın olmaq üçün" konteynerdə məskunlaşıb.

Müvəqqəti yaşayış yeri Alat rayonunun Davlatbay məhəlləsində quraşdırılıb. İndi sakinlər məmurun yanına gələ və öz problemlərinin həllini şəxsən hakimdən tələb edə bilərlər.

Vilayət adminisrasiyasının xəbərinə görə, Zaripov martın 2-də artıq özünün yeni «mənzilində» rayonun sosial-iqtisadi inkişafını müzakirə edib.

Buxara hakimi konteynerdə məskunlaşan ilk məmur deyil. Belə ideyanı bu günlərdə prezident Şavkət Mirziyoyev ortalığa atıb. Ötən həftə Namanqan vilayətinin Bunyodkor məhəlləsinə səfəri zamanı dövlət başçısı aşkar edib ki, orada içməli su və təbii qaz yoxdur, yolların və binaların isə təmirə ehtiyacı var. Bütün bunlara görə, Namanqanın meri və prokuroru cəzalandırılıb. Mirziyoyev tələb edib ki, yüksək çinli dövlət məmurları yaşamaq üçün məhəllələrə köçməlidirlər ki, problemləri yaxşı görə və effektiv həll edə bilsinlər. O zaman vilayət başçısı Şavkatjan Abdurazzakov yerli sakinlərə söz verib ki, konteynerə köçəcək və onların məhələsində yaşayacaq.

Hesab edirik ki, özbəklərin bu təcrübəsini tez bir zamanda Azərbaycana gətirmək və bizim məmurları milyonluq villalardan konteynerlərə köçürmək lazımdır.

AzPolitika.info

635x100

Şərhlər

RT 2021-03-03 07:46:36

bizimkiler harda qalir ?????

Eli 2021-03-03 02:00:06

Men Sizi inandırım bizim icra başçıları nazirler polis ve prokuror işçileri ve onların komandası xalqın arasına gecib yerlerde büyün problemleri hell etseler ölkede insnılmaz yaxşı menada yükselişler bsş verer

Eli 2021-03-03 01:06:03

Mence bu mesele bizde de heyata keçirilse vedendaş-dövlet müstevisinde olan problemler qısa müdddete öz hellini tapar

Eli 2021-03-03 00:52:55

Çox gözel ve ağıllı teklifdir.Bu ancaq ümumi işin xeyrine olmaqla beraber memurların xalq terefinden sevilmesine ve ümumi inkişafa vr meneviyyatın yükselmesine kömek eder.Çox düzgün qerardır be bı tebii ki müveqqqeti xarakter daşıyacaq

Son yazılar