Menu

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

03.03.2021, 11:09
Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda son sutkada daha360 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 172 816-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 202-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 819 nəfərdir. İndiyədək 163 906 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 889 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, ötən gün Ermənistan Səhiyyə Nazirliyi 240 nəfərdə COVID-19-un aşkarlandığını açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol