YOLUXANLARIN SAYI BU GÜN DƏ 300-ü KEÇDİ - 5 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 333 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib. Hazırda 2 960 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 928, bu günə qədər isə ümumilikdə 2 618 808 test icra olunub.

635x100

Şərhlər

Vətəndaş 2021-03-07 12:38:58

Ayın 15-nə 1000 keçər

Zanzibar 2021-03-03 16:37:40

Yalan sohbetdir, inandirici deyil. Hani subutlar ki artir? Adlari, familiyalari derj edin yoluxanlarin.

vətəndaş 2021-03-03 15:37:51

İnanan daşa dönsün

Son yazılar