Menu

Türkiyə Yunanıstana yardım təklif edib

03.03.2021, 15:47
Türkiyə Yunanıstana yardım təklif edib

"Türkiyə Yunanıstana zəlzələnin nəticələrini aradan qaldırmaq üçün yardım təklifi edib".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Xatırladaq ki, martın 3-də Yunanıstanın şimalında 5,9 bal gücündə zəlzələ olub.

Yeraltı təkanların episentri Yunanıstanın Saloniki şəhərindən 120 km cənub-şərqdə, Elasson şəhəri yaxınlığında yerləşib.

Elasson şəhərinin meri Nikas Qatas bildirib ki, ilkin məlumata görə itki yoxdur. O, hazırda dəyən ziyanın araşdırılmağa başlanıldığını vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol