Menu

Neft kəskin bahalaşıb - 70 ABŞ dollarını keçəcək

04.03.2021, 00:03
Neft kəskin bahalaşıb - 70 ABŞ dollarını keçəcək

Dünya bazarında “qara qızıl” ın qiyməti kəskin bahalaşıb. “Report”un məlumatına görə, martın 4-də OPEC+ formatının iştirakçısı olan 23 ölkənin nazirləri arasında keçiriləcək görüş zamanı neft hasilatının həcmini artırmaqdan imtina ediləcəyinə dair xəbərlər və ABŞ-da yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiyada irəliləyişin olması neftin qiymətinə təsir edib.

Bakı vaxtı ilə saat 20:45-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının may fyuçerslərinin qiyməti 1,99% artaraq bir barel üçün 63,95 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçerslərinin dəyəri isə 2,59% artaraq 61,30 dollar/barelə çatıb.

İsveçrənin “Julius Baer” bankının analitiki Norbert Ruker bildirib ki, car ilin ortalarında neft qiymətləri müvəqqəti olaraq 70 ABŞ dollarını keçəcək.

Bundan başqa ABŞ-da xammal ehtiyatlarının gözlənilmədən artması barədə məlumatları da bazarlara güclü təsir göstərə bilməyib. Çünki ABŞ Energetika Nazirliyinin rəsmi məlumatlarına görə, ehtiyatlar mart ayından bəri minimuma enib.

Şərhlər

Mühəndis Bəhi 2021-03-04 11:09:31

Ən geci Aprelin 1indən nüftin 55 dollardan yuxarı tam hissəsini Qarabağın bərpası və geri qalmış iqtisadi rayon-mərkəzlərin inkişafı fjonduna yönəltmək zamanın zəruriyyətidir!

Vətəndaş 2021-03-04 00:32:19

Bixə nə xeyri? Özləri yetir və bizdən başqa hamıya xeyir verir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol