Menu

İtaliyadan xəbərdarlıq: “Britaniya ştammı” gənclərə daha çox təsir edir"

04.03.2021, 00:05
İtaliyadan xəbərdarlıq: “Britaniya ştammı” gənclərə daha çox təsir edir"

İtaliyada koronavirusa görə tətbiq edilən qadağalar uzadılıb. “Anadolu” agentliyi məlumat verir ki, bu qərarı fevralın 13-də hakimiyyətə gələn Baş nazir Mario Draqi verib.

O, COVID-19 və onun daha yoluxucu növləri ilə mübarizə aparmaq üçün yeni fərman verərək, mövcud sərt tədbirləri əlavə tədbirlərlə yeniləyib və karantin müddətini 6 aprelə qədər uzadıb.

Buna əsasən, çox yüksək riskli (qırmızı) zona elan edilən yerlərdə bütün məktəblərdə distant təhsil tətbiq ediləcək.

6 mart tarixindən etibarən qırmızı sahələrdə ticarət mağazaları, gözəllik salonları, bərbərxanalar açılmayacaq.

İtaliya Səhiyyə naziri Robert Spenza koronavirusun “Britaniya ştamı”nın gənclərə daha çox təsiri barədə xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol