Menu

Putin millətçilik təbliğatının qarşısının sərt şəkildə alınmasını tələb edib

04.03.2021, 08:17
Putin millətçilik təbliğatının qarşısının sərt şəkildə alınmasını tələb edib

Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin martın 3-də Daxili İşlər Nazirliyinin (DİN) illik genişləndirilmiş kollegiya iclasında millətçilik, ksenofobiya, dini ədavət və zorakılıq təbliğatının qarşısının sərt şəkildə alınmasını tələb edib.

«Ekstremizmlə mübarizəyə ən ciddi diqqət yetirmək lazımdır. Millətçilik, ksenofobiya, dini ədavət və zorakılıq təbliğatının qarşısının sərt şəkildə alınmasını, təxribatçıların məsuliyyətə cəlb olnmalarını xahiş edirəm. Onlar özləri qaçırlar, gizlənirlər, onları tutanda isə peşiman olduqlarını deyirlər, insanları isə huquqpozmalara təhrik edirlər» - prezident bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Rusiyada xarici miqrasiya ilə bağlı situasiya daha qayda-qanunlu və şəffaf olub, ancaq risklər qalır - kriminalların əmək miqrantları mühitinə nüfuz etməsinə qədər.

AzPolitika.info

Şərhlər

Veteran 2021-03-04 23:50:41

Kəllən haqqı proseslər getdikcə Səni 40 arşin quyunun dibinə salıb.Bircə yekə daş qalıbki sənin şovinist kəllənə düşsün.Oda gəlir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol