Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.
Qazax rayon prokurorluğundan verilən məlumata görə, vətəndaş Fərqan Əliyevin, Qazax Uşaq Gənclər Şahmat-İdman məktəbinin sabiq direktoru Nağdalıyev Şücayət Hətəmalı oğlu tərəfindən 2012-2017-ci illər ərzində anası Həcər Əliyevanın əmək haqqı kartının götürülərək saxlanılması, həmin müddətdə anasının əmək haqqını ala bilməməsi ilə bağlı müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla, qeyd edilən məktəbin sabiq direktoru Şücayət Nağdalıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə Həcər Əliyevanı 13 avqust 2012-ci il tarixdə xadimə kimi işə qəbul edərək həmin tarixdən 18 avqust 2017-ci il tarixədək Həcər Əliyevanın işə gəlmədiyi halda adına olan əmək haqqı kartını götürüb saxlamasına, həmin karta əmək haqqı köçürülməsinə nail olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Şərhlər
Bakı şəhəri Nizami rayonu 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Qəti Lalə Abbasəli qızı bir neçə il bundan əvvəl müəllilərin plastik maaş kartlarını özündə saxlayırdı, maaşları təsərrüfat müdiri işləyən qardaşı arvadı kartdan çıxardır, istədikləri məbləği götürəndən sonra isə nəğd şəkildə işçilərə verirdi. Sonradan isə kartları əməkdaşlara verməli oldu bu şərtlə ki, yay tətili başlayanda açılmamış içində kartlar olan zərflər, məzuniyyət pullarını çıxartmadan Lalə xanıma qaytarılırdı. Məzuniyyət pulunu direktor mənimsədikdən sonra oktyabr ayında cırılmış zərfdə yarım a6yın da maaşı mənimsənilmiş boş kartlar əməkdaşlara qaytarılırdı. Daha necə korrupsiya halları olurdu bu mərkəzdə. Məs. Dövlət hesabına uşaqlar üçün tikilən konsert kostyumları valideynlərə pulla satılırdı, baxmayaraq ki kostyumlar mərkəzdə saxlanılırdı. Sonradan həmin kostyumlar pulla kirayəyə verilirdi. Ondan edilən şikayətləri respublika prokurorluğunda işləyən himayədarı ört basdır edirdi. Korrupsiya içində olan bu xanımın haqqında başlayan cinayət işi bir neçə il bundan əvvəl internetdə əks olunmuşdu. Sonradan isə cinayət işinə mərkəzin gənc mühasibini işində səhlənkarlığa görə işdən çıxarılması ilə xitam verildi?! Korrupsioner, dövlətin milyonlarını illərlə mənimsəyən Lalə Qəti sudan quru çıxarıldı. Özünün dediyinə 3 evindən 2-sini, bağ evini, daş-qaşını satıb özünü “qurtardı”. Sonradan bu “xidmətlərinə” görə əməkdar müəllim fəxri adı da aldı. Hələ Tərəqqi medalı ilə də təltif edildi. Materiallar da internetden götürüldü. Yaxşı olardı ki, raspublika prokurorluğu bu işi yenidən araşdırardı. Çünki lalə xanım korrupsiya əməllərini başqa formada yenə də davam etdirir.