Koçaryan müharibənin nəticəsini Rusiyanın Türkiyəyə məğlubiyyəti kimi qələmə verir
“Türkiyənin regiona təsiri güclənir. Biz Rusiyanın hərbi-siyasi müttəfiqi kimi uduzduq, Azərbaycan isə Türkiyənin müttəfiqi olaraq qalib gəldi.”
“AzPolitika.info” xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq Prezidenti Robert Koçaryan Rusiya KİV-lərinə verdiyi müsahibədə səsləndirib.
Qarabağda çoxsaylı hərbi cinatyətlərin, mülki əhaliyə qarşı terrorun təşkilatçısı və icraçısı olan Koçaryan göründüyü kimi, müsahibəsində özünün və uzun illər başçılıq etdiyi klanın digər təmsilçilərinin yaratdıqları işğalçı ordunun cəmi 44 günə darmadağın edilməsini Ermənistanın Azərbaycana deyil, Rusiyanın Türkiyəyə məğlubiyyəti kimi qələmə verir. Və bununla da növbəti dəfə ermənilərin əsrlər boyu Rusiya və Türkiyə arasında davam edən nüfuz mübarizəsində “çömçə” rolu oynadığını, ara qızışdırmaqla, qulbeçəlik etməklə məşğul olduğunu və heç nəyin dəyişmədiyini təsdiqləmiş olur.
Koçaryan sonrakı fikirlərində də bu xətti davam etdirərək, Ermənistanın Rusiyaya mümkün qədər daha çox inteqrasiya olunmasından danışıb: “Məncə biz Rusiya ilə elə bir inteqrasiya fomulu tapmalıyıq ki, bu, bizim silahlı qüvvələrimizin tezliklə bərpa olunmasını təmin etsin...”
Yəni demək istəyir ki, onsuz da müstəqilliyindən elə bir ciddi əsər-əlamət qalmayan Ermənistan Rusiyaya daha da “pərçim edilməli” və yenə Rusiyanın hesabına ordusunu bərpa etməlidir.
Koçaryan hətta bunun üçün lazım olan vəsaitin miqdarını da səsləndirib. Əslində, öz fikri olsda da, hansısa hərbi ekspertlərə istinad edən sabiq prezident deyib ki, erməni ordusunun bərpasına 3 milyard dollar lazımdır: “Bununla da silahlı qüvvələri regiondakı ən yüksək döyüş qabiliyyətli ordu kimi bərpa etmək lazımdır.”
Ancaq yəqin ki, buna deyərkən, Azərbaycanın 44 günə məhv etdiyi ordunu nə fiziki, nə mənəvi, nə də texniki cəhətdən yaxın gələcəkdə bərpa etməyə heç bir maddi vəsaitin yetməyəcəyini özü də anlayır...
O, əlavə edib ki, indiki hökumət müharibədəki canlı qüvvə və hərbi texnika sarıdan baş verən itkiləri gizlədir. Koçaryan bu müsahibəsində növbəti dəfə Ermənistanın indiki hökumətini ittiham edərək, onun bilərəkdən müharibədə erməni ordusunu məğlub etdirdiyini iddia edib. Onun fikrincə, müharibənin gedişində hökumət başçısı şübhəli qərarlar qəbul edib ki, bunların da sırasında əsas yerlərdən birini Nikol Paşinyanın səfərbərliyi dayandırması tutur.
Lakin Koçaryan nədənsə onun özünün və xələfi Serj Sarqsyanın dövründə Rusiyadan alınan, lakin müharibə zamanı özünü heç də yaxşı tərəfdən göstərməyən silahlar, eləcə də sialh alış-verişindəki korrupsiya faktları, Ermənistan ordusunda kök salan korrupsiya, başıpozuqluq, əvəzində milyonçulara çevrilən “qəhrəman generallar” və s. barədə danışmayıb.
Özünü erməni xalqının xilaskarı kimi qələmə verməyə çalışan eks-prezident müharibənin gedişində Moskvaya təcili səfərinin koronavirus testinin pozitiv çıxması səbəbindən baş tutmamasına da toxunub.
Koçaryan iddia edib ki, həmin vaxt testinin pozitiv çıxması Paşinyan hökumətinin quraması olub, onun testinin nəticələri saxtalaşdırılıb və bununla da Moskvaya səfəri baş tutmayıb.
Bu hadisəni “qaranlıq tarix” adlandıran Koçaryan çox şeylərə Paşinyanın istefasından sonra aydınlıq gətirəcəyini iddia edib. Bununla da ermənilərə növbəti dəfə kələk gələn Koçaryan elə görüntü yaratmağa çalışıb ki, guya müharibənin qızğın vaxtında, oktyabrın sonlarında Moskvaya gözlənilən səfəri baş tutsaydı, hər şey başqa cür olacaqdı.
Deməli, bu varlıq öz xalqını guya onun bircə səfərinin regionda vəziyyəti dəyişəcəyinə, müharibənin taleyini həll edəcəyinə inanacaq qədər abdal hesab edir. Ancaq ardınca da sözügedən müsahibəsində deyib ki, müharibə dövründə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü olmasa da, Rusiya liderinə öz düşüncələrini və mövqeyini çatdırmaq imkanları olub. Eləysə, Putinə bu cür çıxış imkanları olduğu halda, həmin vaxt Moskvaya səfər etmək niyyətinin hansı səbəbdən qaynaqlandığını söyləməyib...

Koçaryan həmçinin növbədənkənar seçkilər keçirilərsə, həmin seçkilərdə iştirak etməkl istədiyini və Baş nazir postuna iddialı olduğunu deyib.
Ermənistanın sabiq prezidentinin son fikirlərinə Kremlin sözçüsü Dmitri Peskovdan münasibət istəyən jurnalistlərə cavabında Rusiya rəsmisi deyib ki, Moskva Koçaryanı özünə “dost siyasətçi” hesab edir.
Lakin onun öz addımlarını Moskvayla, Putinlə razılaşdırdığına dair iddialar doğru deyil. Bununla yanaşı, Koçaryanı bir xeyli tərifləyən Kreml sözçüsü onun Rusiya-Ermənistan əlaqələrinə böyük töhfələr verdiyini vurğulayıb və bununla da bir növ növbəti dəfə Ermənistandakı rusiyapərəstlərin kimə stavka etməli olduqlarına eyham vurmuş olub...
Görünən odur ki, Koçaryan revanşist hərəkatın başında hakimiyyətə gəlmək istəyini gizlətmir, hətta ordunun bərpası üçün lazım olan məbləği də səsləndirir. Lakin o da görünür ki, bu planları yerinə yetirmək asan olmayacaq. Çünki öz ölkəsində “itdən urvatsız” vəziyyətə düşən Koçaryanı Rusiya dəstəkləsə də, ermənilərin böyük əksəriyyətinin ona münasibəti mənfidir.
Paşinyan isə Levon Ter-Petrosyan deyil və möhkəm dayanıb. Ən əsası - Azərbaycan artıq onun vaxtilə məlum qüvvələrə arxalanaraq, asanlıqla bütün insanlıqdan kənar davranış və cinayətlərlə torpaqlarını zəbt etdiyi əvvəlki Azərbaycan deyil. Və Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ölkəmizə tərəf kəm baxanın başını əzməyə qadirdir.
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Vüqar bey minnetdaram Size Allah kömeyiniz olsun.
Eli-mellim!---HALALDI-SIZE!-- -DUPPEDUZ!--SAG-OL-QARDAS!
Hormetli azpolitika.info , sizden xahish olunur ki, size TEKRAR - ikinci defe yazdiqim SUAL - i derc edin : Azerbaycan hokumeti RESMI SENED ile MURACIET EDIBMI BMT MEHKEMESINE ve HAAQA HERBI TRIBUNALA, XOCALI SOYQIRIMINI TOREDEN ermeni - rus VEHSHILERININ, CELLADLARININ, QULDURLARININ CEZALANDIRILMASI UCHUN, CINAYET ISHININ ACHILMASININ TELEBI BAREDE ????????????? Hormetli azpolitika.info, bu chox MUHUM SUALA , Azerbaycan XALQI, SEBIRSIZLIKLE - TEZLIKLE, KONKRET - DEQIQ CAVAB GOZLEYIR .
SUAL OLUNUR : Azerbaycan hokumeti RESMI MURACIET EDIBMI BMT - nin BEYNALXALQ MEHKEMESINE ve HAAQA HERBI TRIBUNALA , XOCALI SOYQIRIMINI TOREDEN ermeni - rus QULDURLARININ CEZALANDIRILMASI BAREDE ???
Bele bir deyim var:her kesin ömrü boyu gördüyü emeller o yaşlandıqca onun üz cizgilerinde öz eksini tapır.Baxın bunun sifetine ve qiymet verin bü millete bunların içi o qeder iyrenc ve murdardır ki,bunlarda yaşlaşanda ne qoca ermeni kişisinin ne deqadınında nur görmezsiniz bu bu milletin genetik kodudur.Bunlara heç vaxt etibar edib inanmaq olmaz
Ay bedbext “qucaq, dikenç
Avropa birliyi yaratmaq ideyası dz bu dahi insana mexsusdur.Hitlerin hakimiyyeti dövründe Kölnün meri ola bu şexs Hitleri saymadığı sebebinden iki defe SS terefinden hebs edilib.İndi bü İnsanlığa leke Cani bu qeder hengsmelerden sonra 3 milliard pul isteyir ki hem milletin hem de qonşularına felaketler getirsin.Biz meqeder varıq bu cani başdz olmaqla bizim milletin bütün düşmenlerinim cezalandırımasına mail olmalıyıq.Bunu bize Müqeddes Qurani Kerim de deyir :Sizinle vruşanlarla Sizde vuruşun.Sşzleri öldürenleri Siz de öldürün ancaq heddi aşmayın Allah milletimize bütün Türk dünyasına kömek olsun.Amin!
Avropa birliyi yarsfılması ideyası da bu dahi insanın ideyası olun.İndi bu Cani Azerbaycan xalqının celladı Xocalı celladı
Adenaur qalan 1,5 milliard dolları Almaniyanın iqtisadiyyatın dirçeldilmesine yönelderek ele ağıllı siyaset apardı ki ,cemi 8 ile yeni 1953- cü ilde ölkedinin iqtisadi göstericileri 1940-ci ilseviyyesine yeni esrde en yüksek seviyyeye çatdı.Sonra ise iki millet aradında yarznmiş düşmençiliyi qismen de olsa aradan qaldırmaq üçün İsrail dövletinin yaradıcısı Bin Qrionun matem merasiminde iltirak etdi ve ömrünün sonunda87 yaşında postunu cavanlara tehvil veterek öz doğma kendine gedib ömrünün qalan hissesini bir İnsan kimi başa vurdu.Avropa birliyi ideyasının müellifi bir...
Adam dehşete gelir bunlar ne qeder dayaz milletdir .Baxın 2-ci dünya müharibesinden sonra Almaniya ikiye bölündü sosialist ve federativ Almaniya .Kapitalist ölkeleri başda ABŞ olmaqla “Marşaall planına” esasen Federativ Almaniyaya 3 milliard dollar ayırdı ki ölke dirçelsin.Hitlerden sonra Federativ Almaniyada hakimiyyete gelen dahi Adenaur bu pulun ten yarısını soyqırıma meryz qalmış yehudiler verdi ve dedi:men Almaniya ve almanların temiz adını özüne qaytaracağam.
Birinci bu adam “qucaq milleti”nin nümayendesi olduğunu tesdiq ederek Rusiyanın uduzduğunu deyir ancaq başa füşmğr ki Rusiyanın gücü çatsaydı evveller olduğu kimi müharibeni dayandırardı.İkinci bala düşmür ki indi dünya siyaseti deyşib ve oyun aaydaları evvelkilerden ferqlidir.Eger Putin sene görd müharibeni dayandırsaydı ele dayandırrardı daha günde bir neçe defe Erdoğanla danışmazdı.Bir de sizde heqiqeten milli qeyret şeref ve leyaqet olsaydı daha siz Rusiyanı Fransanı ABŞ neyeleyirdiniz .30 ildir müdafie istehkamları qururdunuz ne oldo Koçaryan 44 güne göye sövruldu.Siz çünki Kişi deyilsiz kişi paltarında olan Fahişe bir milletsiniz
İnsan ne qeder alçaq ,qeddar ,kinli ve gerizekslı olar ki bu qeder ölkesinin dissporalarının küllü miqdarda milliardlarını menasız ve neticesiz müharibe qırğınlarına sepeleyen tek bizim yox öz milletinin de düşmeni olan bu gerizekalı bir neçe elementar mentiqi meseleleri başa düşmür ve bu ağılla hakimiytet isteyir.
köçəryan beynəlxalq axtarışa verilməli, onu qəbul edən ölkələrə güclü diplomatik təzyiq oolunmalıdır ki, yer ayağının altından qaçsın. Onda o xoruzlanmaz
Eldəniz adı ilə yazanla tam razıyam, ancaq paşinyanla bağlı deməliyəm ki, onun Qərbdən aldığı pul-paraya görə yaxınlığı Rusiyanı narahat edir və onu dəyişmək barədə fikirləşir. ermənistan siyasi səhnəsində elə bir ciddi fiqur yoxdur ki, Rusiya ona stavka etsin. köçəryan siyasi səhnədən pis bir formada uzaqlaşmış, əli qana batmış, vid-fasonu eşşək otarana oxşayır və erməni cəmiyyətində qəbul olunmayan uzunqulaqdır, nə isə bütün oyunların başında Rusiya dayanır öz məkrli planlarıynan...
Hər bir erməni bizim düşmənimizdir. Bizimkilər onlarla dostluq etmək istəsələr belə onlar bizi özlərinə əbədi düşmən qəbul ediblər.
Çox vaxt rəy yazanda vermirsiniz olsun bu da sizin haqqiniz amma yaddan çıxarmayaq ki , bu həmin Pasinyandir ki Şuşada rəqs edirdi , Qarabağ Ermənistanın deyirdi və onun müdafiə naziri Tonoyan yeni ərazilərin işğalı barədə danisirdi.Indi də Koçaryan danışır Rusiyanın dili ilə .Rusiya istər Ermənistan olsun siyasi fiqurlar dəyişsə də siyasətləri heç zaman dəyişməyəcək ...Heç vaxt nə Rusiyaya nə də Ermənistana inanmaq olmaz...Indi Pasinyan qalib deyə sevinmək sadəcə olaraq özünü aldatmaqdır bu hay tayfasının seçimi olmadığı üçün bu saqqalı adamı vəzifədə saxlayır ....