Yeni Azərbaycan Partiyasının (YAP) növbdənkənar VII qurultayında formalaşdırılan yeni İdarə Heyətində iki ali məktəbin rektoru təmsil olunur.
"AzPolitika.info" xəbər verir ki, partiya rəhbərliyi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova etimad göstərərək, onları irəli çəkib.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin rektoru Nurlan Əliyeva isə əvvəllər İdarə Heyətinin üzvü olsa da, yeni tərkibdə yer almayıb.
Ən maraqlı məqam isə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevlə bağlıdır. Məlumatlı mənbə saytımıza bildirib ki, rektor YAP üzvü olsa da, o ümumiyyətlə qurultaya dəvət olunmayıb və seçkili qurumlara seçilməyib.
Ona hansı səbəbdən etimad göstərilməməsi müəmmalıdır. E.Babayev 2019-cu il martın 11-dən BDU rektorudur. O, bundan əvvəl 10 il Elmin İnkişafı Fonduna rəhbərlik edib.
"AzPolitika.info"


Şərhlər
BDU telebelere qarshi haqsizliq edir, ayri-sechkilik salir. Imtahani cemi bir 4 ve qalanindan 5 almish telebeye stipendiya vermir. Elecede "yaxshi" qiymet alanlarda stipendiya almir. Ne siyaset yeridirler, bilinmir. Tehsil haqqini ilde iki defe odemeye icaze verildiyi halda, 1-ci kurs telebelerine odenishi birdefeye etmek mecbur edilir, diger kurslardaki telebelere, ise 10 defe erize yazdirilir ki, ne vaxt odenilecek, ne miqdar odenilecek ve s. E Babayev Tehsil Nazirliyini, umumiyyetle saymir.
Elçin Babayev qurultay iştirakçısı olmasa da, milli lider Heydər Əliyevin yaxın dostu Səfərəli Babayevin oğludur.