Menu

ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini 1 il artırıb

06.03.2021, 09:20
ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini 1 il artırıb

ABŞ Prezidenti Cozef Bayden 1995-ci ildə Bill Klinton administrasiyası zamanı İran əleyhinə tətbiq edilmiş sanksiyalar rejiminin müddətini 1 il müddətinə artırıb.

“Report”un məlumatına görə, bu barədə Ağ Evin yaydığı press-relizdə deyilir.

Bayden 1995-ci ildə elan edilmiş İran barəsində "fövqəladə vəziyyət"in müddətini növbəti ilə qədər uzatması ilə bağlı Konqresə bildiriş göndərib.

Bildiriş federal reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər toplusunda dərc ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol