Menu

Bakıda marşrut avtobusu qəzaya düşüb, xəsarət alan var

07.03.2021, 14:49
Bakıda marşrut avtobusu qəzaya düşüb, xəsarət alan var

Bakıda 4 saylı marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib. “Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Marşrut avtobusunun digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində 2001-ci il təvəllüdlü İbrahimova Aytən Cəmallədin qızı xəsarət alıb.

Yaralı xəstəxanaya aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol