Menu

Almaniya PKK-ya silah verəcək

16.10.2014, 13:42
Almaniya PKK-ya silah verəcək

“Şpigel” jurnalına müsahibə verən Xristian Demokrat İttifaqı partiyasının parlamentdə qrup sədri Volker Kauder Almaniyanın peşmərgə ilə yanaşı, PKK terror təşkilatına da silah göndərə biləcəyini deyib.

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, Kouder regionda ən böyük təhlükənin PKK yox, İŞİD olduğunu iddia edib. Kauder PKK-a silah daşınması məsələsində Türkiyənin də əməkdaşlıq etməsini istəyib.

“Şpigel”in “PKK AB-in terrorçu təşkilatlar siyahısında yer alır” sualına Volker Kauder “Türkiyə daxil bütün tərəflər problemin həllini davam etdirməlidir. Bütün tərəflər qazanclı çıxacaq. Ən böyük təhlükə kimi İŞİD-i görməliyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol