“KREML VASSALLARI AZƏRBAYCANA VƏ ONUN ELMİNƏ QƏNİM KƏSİLİBLƏR” - Filosof Əbülhəsən Abbasovdan həyəcan təbili

Əbülhəsən Fərhad oğlu ABBASOV

Fəlsəfə elmləri doktoru, professor

XVII əsr İspan mütəfəkkiri Baltasar Qrasian “Kamillik elmi” adlı dərin mənalı və zəngin məzmunlu fəlsəfi əsərində insanları, xüsusən də alimləri səbrli olmağa çağırırdı. Qədim Roma filosofu Epiktetə istinad edərək səbrli olmağı həyatın ən əsas qanunu adlandırır və “səbrlə müdriklik yarıdır” deyirdi. Bütün axmaqlıqlara dözmək üçün çox böyük səbr göstərməyin vacibliyini bildirən B. Qrasian hətta belə tövsiyə irəli sürürdü: “Hiss edəndə ki, dözməyə səbrin yoxdur – bütün dünyadan gizlən. Əgər özünə səbrin çatırsa, tənhalığa çəkilərək özünlə və özündə qal”.

Bəli, məşhur əsəri əsrlər boyunca dövlət adamlarının, alim və siyasi xadimlərin masaüstü kitabı olmuş mütəfəkkir bu cür düşünür və yazırdı. İndiki leksika ilə desək, alimləri (“bilikləri artdıqca səbirləri azalan” adamları) səfehlərə və onların cəfəngiyatlarına münasibətdə tolerant olmağı məsləhət bilirdi.

Əsrlər sonralar, ilk dəfə, tibb elmində özünə yer etmiş tolerantlıq (dözümlülük) problemi ispan mütəfəkkiri tərəfindən bu cür həll edilmişdir. Əgər tibb elmində orqanizmin ziyanverici nəsnələrə (mikrob, virus, bakteriyalara) qarşı var gücü ilə mübarizə aparması və bu məqsədlə müqavimət qabiliyyətini gücləndirməsi, yəni, orqanizmin laqeyd olmaması, birmənalı surətdə tolerant qalmaması təşviq edilirsə, rəhmətlik Qrasianda, belə çıxır ki, Ziyana (Şərə) qarşı tolerantlıq tövsiyə olunur: səfehə və onun cəfəngiyatlarına, dərisinə sığmayan, özündənmüştəbeh həyasıza, axmağa, acgöz-rüşvətxor zata, dələduz və provokatora, ara qarışdıran “mutilşik”ə baş qoşma, əks halda, dinclik tapmazsan, baş-beyinin, bəlkə də, canın gedər.

Nə deyim vallah, ola bilsin ki, Qrasian alimlərə sırf şəxsi-individual müstəvidə belə davranışı məsləhət görüb (dinc yaşamaq istəyirsənsə, farağat dur, səs çıxartma!). Ancaq, məsələ ondadır ki, “alim” məfhumu hec də şəxsi-individual məzmunla məhdudlaşmır, İ. Kantın təbirincə desək, “özündə şey” və “özü üçün şey” deyil.

Alim, ilk növbədə, ictimai fiqurdur, özündən kənara çıxışda və proeksiyada öz təyinatını, missiya və vəzifələrini reallaşdırır. Onun daxilə yönəlik ekzistensiallığı da, nə qədər çətin və ağrılı olsa da, məhz bu reallaşma vasitəsilə cilananır, dolğunlaşır və məna tapır. Öz daxili aləmində sərsəri gəzişmə-dolaşma olar, ancaq bu bir vərdiş halında mütləqləşərsə, alim tükənər və üzərinə düşən ictimai funksiyalarını həyata keçirə bilməz.

Alimin ekzistensial məna inşası təkcədən xüsusi və ümumi olana doğru ağrılı-əzablı gedişlərdə, yol-cığırlarda başa gəlir. Və əksinə: ümumidən xüsusiyə və təkcəyə doğru hərəkətdə! Onun bir alim kimi professional-ictimai funksiyaları, habelə, idraki səriştə və bacarıqları da bu hərəkət dialektikasında (özünün özünə və xarici aləmə professional ifadə və fəal reaksiyasında!) reallaşır, məzmun-mahiyyət qazanır və kamilləşir. Məhz bu hərəkət dialektikası vasitəsilə alim ümumbəşəri, universal elmi-intellektual mühitə qoşulur və Mütləq Ruh dərgahına yaxınlaşmaq, bu fövqəlbilik, duyum və intuisiya aləmindən qidalanmaq şansı qazanır. Sözün həqiqi və pozitiv mənasında adi bəndə, “obıvatel” kimi yaşamaq və fəaliyyət göstərmək buxovlarından, istək və vərdişlərindən azad olur. Elə bu səbəbdən də adi həyatla, mühitlə üzləşmədə ən ortabab “obıvatel”ə uduza bilər ki, bunu da çoxluq, əksər hallarda, alimin praktiki-həyati zəifliyi, yaxşı və təmtaraqlı yaşamaq qabiliyyətinin olmaması kimi anlayır və qələmə verir.

Nəzərə alsaq ki, ölkədən ölkəyə böyük fərqlər var, “həyatla üzləşmədə “obıvatel”ə uduzan” alim ümumi inkişaf baxımından çox-çox geri qalmış, uzun illər asılılıqda, vassallıqda çarpışmış cəmiyyətlərdə daha ağır, acınacaqlı həyat yaşayır, addımbaşı minbir maneələrlə üzləşir. Çünki “insanların xoşbəxtliyi naminə fəaliyyət göstərməli olan dövlət” (Aristotel) alimdən alimlik yox, “obıvatel”lər sürüsünün önündə var-gəl edən, yaxa cırıb özünə əl qatan “tanınmış bacarıqlı adam”ın, “ziyalı”nın, “akademik”in trivial-siyasi dəstəyini, yarınmağını, mədhini umur və təşviq edir. Sanki, əmr edir: yüksəliş, ucalıq və xoşbəxtlik yolu budur, canın çıxsın – bəyən, təqdir et! Əks halda, ömürlük “qara siyahı”ya salınacaqsan, anadan əmdiyin süd burnundan gələcək.

Əlbəttə, alimin yaşadığı məşəqqətlərin, adi həyat qayğılarının bütün səbəbləri yalnız subyektiv amillərlə, yəni, iqtidar təmsilçiləri tərəfindən məhz ona qarşı hədəflənmiş şiddətli nifrətlə bağlı deyil. Burada gedişata ciddi təsir edən obyektiv (dəqiq desək, obyektivlik statusu qazanmış) diktəni də unutmamalıyıq. Belə ki, təzəcə müstəqillik əldə etmiş ölkələrdə bilavasitə milli maraqlardan, milli ruhdan, milli kimlikdən qaynaqlanan, habelə, sivil dünyanın elmi nailiyyətlərindən (qarşılıqlı əlaqədə və mübadilədə) qidalanan etibarlı təməl, elmi fəaliyyət üçün zəruri özüllər və “qan damarları” olmur.

Faktiki, “Milli Elm” bir orqanizm kimi, elmi fəaliyyət də o cümlədən, müəyyən (az və ya çox dərəcədə) müddət öz ruhunda, canında milli qandan, mahiyyət və səciyyədən məhrum halda mövcud olur, özünəməxsus yenidən institutlaşma zərurətini reallaşdırmaq yolunda böyük maneələrlə, ciddi çətinliklərlə üzləşir və bəzən də (artıq daha çox obyektiv, üstəgəl, subyektiv səbəblər üzündən), bizdə olduğu kimi, başlıca məqsəd və məramdan çox uzaq düşür, yəni, elm üçün taleyüklü zərurət (yenidən institutlaşaraq milli və ümumbəşəri məzmun-mahiyyət qazanmaq cəhdi!) ümumiyyətlə həyata keçirilmir. Əslində, proseslər tam tərsinə cərəyan edir – yenidən institutlaşma, “milli” ad altında olan-qalan milliliyi də çıxdaş edir, deməli, ümumbəşəriliyə gedən yolları, açılan qapıları da bağlayır. Belə ki, bir qayda olaraq, elmi yaradıcılığın ümumbəşəriliyi öz milli səciyyəsindən kənarda mümkün olmur. Elmdə ümumbəşəri hesab olunan hər bir dəyər milli ruhun istisində, məqsədli fəallığı və fədakarlığında yetişir.

Beləliklə, aldadıcı institutlaşma, ziyanlı yenidənqurma baş verir ki, nəticə olaraq, “Milli Elm” total immitasiya, mimikriya, saxtakarlıq, həyasızlıq, abırsizlıq, ifrat tərzdə şəxsi və qrup maraqlarını ödəmək institutuna çevrilir.

Məsələn, elmə qətiyyən aidiyyəti olmayan şəxslərin nəinki elmər doktoru dərəcəsinə, “professor” elmi adına, başqaları tərəfindən yazılmış məqalə və monoqrafiyalara sahiblənməsi, hətta “müxbir üzv” və ya “akademik” titulunu daşıması bunun bariz nümunəsidir. Mən heç onu demirəm ki, bu şəxslərin çoxu elə elm, təhsil strukturlarında, hansısa “elmi mərkəz”lərdə rəhbər vəzifə daşımaq cəhdlərindən də qalmırlar (paralel olaraq və yüksək səlahiyyətlərindən sui-istifadə edərək). Beləliklə, onsuz da canüstündə olan, ölüm xırıltısı gələn elmə ayrılan cüzi maliyyə də həmin başabəla alimlər, “milli elmin məmurları” tərəfindən mənimsənilir və israf edilir. Vaxtaşırı ayrılan irihəcmli qrantlar da, “dünyaşöhrətli” olub ömründə bu millət, dövlət və elm üçün bir faydalı iş görməmiş, bir fundamental elmi kəşf, yeni elmi istiqamət, konsepsiya və yaxud metodologiya yaratmamış “akademik” və “müxbir üzvləri” tərəfindən, baba-nənələrindən qalmış sərvət kimi özününküləşdirilir.

Azərbaycan elminin nadir istedadlarından olan professor İdris Abbasov kimi yüksək vicdan, əxlaq və mənəviyyət sahibləri isə bu biabırçılığı dilə gətirib, qamçılayanda, möhtərəm-sanballı cənabların xoşuna gəlmir… “Sən kimsən, nəsən ki, bizə daş atırsan!?” deyib, əsl səlib yürüşünə başlayırlar. Elə bu möhtərəmlərin ilbəil kütləviləşən zülmündən heç də az əziyyət çəkməyən bəndələr tapılır ki, hörmətli İdris müəllimi “Azərbaycan qaydaları” ilə yaşamaq istəməməsində qınayır, az qala, hansısa başqa bir aləmdən gəlmiş yadplanetli sayırlar. Onlar anlamaq istəmirlər ki, həqiqi azadlığa və müstəqilliyə aparan yol metropoliya tərəfindən vaxtilə formalaşdırılmış və son otuz ildə neqativ mənada yenidən biçilib-tikilmiş, zəhərli maddələrlə hopdurulmuş, tənəzzül determinantlarının hökmranlığına verilmiş “Qaydalar” sistemindən yaxa qurtarmaqdan keçir.

Görünür, bu da təbiidir, müstəqilliyin heyfini çıxan, gələcək üçün daha da məkrli plan-layihələr işləyən metropoliya və onun imperiyapərəst mərkəzi bu otuz ildə əlindən gələni edib ki, adekvat dəyərləndirmə və münasibətlər sistemi formalaşmasın, fərdi və ictimai şüurda, düşüncə və təfəkkür tərzində zərərverici elementlər, deqradasiya və destruksiya meylləri özlərinə yer etsin, yuva salsın. Qocalıq-ahıllıq yaş limitini çoxdan aşmış, imperiyaçılıq hikkəsi naminə hətta doğma etno-milli daşıyıcısını (bədbəxt günə salınmış rusları nəzərdə tuturam!) başdan-ayağa pozmuş, “titul etnos”un böyük hissəsini ibtidai “xolop”, “xoluy” halına salmış bu mərkəz var gücü ilə calışıb ki, ikibaşlı qartalın caynaqları çatan bütün postsovet respublikalarında hadisə və proseslərə, ictimai və siyasi fiqurlara, elm, mədəniyyət və incəsənət xadimlərinə, “yaxşı” və “pis”ə münasibətdə rasional anlamdan, ədalətli-vicdanlı qiymətləndirmədən və buna müvafiq əməli işdən söhbət belə getməsin. Və bununla da müstəqillik qazanmış bu olkələrdə inkişaf və tərəqqinin qarşısını alsın, “Müstəqilliyimiz əbədidir!” deyənlərin arzu və ideallarını gözündə qoysun.

Elə bu məqsədlə də, hər bir mütərəqqi inkişafın təməlində elmin və elmi təfəkkürün dayandığını yaxşı anlayaraq, həmin məşum mərkəz elmin özünü, idarəetməni, cəmiyyətin ayrı-ayrı fəaliyyət sahələrini elmsizləşdirmək siyasətinə xüsusi önəm vermiş, aparıcı strukturların kimlər tərəfindən və necə idarə olunmasına “böyük qayğı” göstərmişdir. Təsadüfi deyildir ki, bu bədnam qayğıdan xilas ola bilməyən postsovet ölkələrində başbilən “Baş akademik”lər mütlək məqalə və kitablarını əvvəlcə rus dilində “yazır” və sonradan milli dilə “tərcümə edirdi”lər. Üstəlik də, bu füsünkar yaradıcılıq nümunələri çıxar-çıxmaz, onların təmtəraqlı təqdimatı, müzakirəsi keçirilərdi ki, rəhmətlik Leonid İliç Brejnev belə, rahatlıq tapmadığı o cənnət-məkan dünyasında həsəd aparardı. 18 il Sovetlər İttifaqına rəhbərlik etmiş o boyda kişinin cəmi bir trilogiyası (“Kiçik torpaq”, “Dirçəliş”, “Xam torpaq”) müzakirə edildi, onu da, demək olar ki, burnundan gətirdilər. Pıçhapıçla məsxərəyə qoydular, lətifələr düzüb-qoşdular. O qədər deyib-danışdılar ki, rəhmətlik öz ömür-gün yoldaşına bəraət qazandırası oldu: “Axı, Viktoriya Petrovna mənə təkidlə deyirdi – “Lönya, sənə bu lazımdırmı? Belə şeylərə icazə vermə!””.

Hər halda, rəhmətliklərin qanacağı, abır-həyaları yox deyilmiş – Leonid İliçin də, xanımının da!

Konkret Azərbaycana gəldikdə, durumu daha da acınacaqlı vəziyyətə salan əsas səbəblərdən biri ondan ibarət olmuşdur ki, Prezident Heydər Əliyevin vəfatından sonra, günbəgün artan intensivliklə, AMEA, bütövlükdə elm-təhsil, mədəniyyət-incəsənət sahələri, demək olar ki, bilavasitə keçmiş imperiya mərkəzindən – Kremldən idarə olunmuş və indinin özündə də bu tendensiya davam etməkdədir, bəlkə də, daha qəddar və məkrli formada. Hələ SSRİ dönəmindən hazırlanmış agentura-rezident şəbəkəsi öz hökmranlığını yeritməkdə, diktə və təsirini artırmaqdadır. Vassallıq sədaqətilə, mənfəətdar administrativ bürokratizmi və mahir neobolşevik intriqaçılığı ilə fərqlənənlər, əqli və vicdanı sönmüşlər, haqq-ədalət hissini itirmişlər Kremlin ürəyinə yatan milli görüntülü “Qaydalar” ilə idarə olunan elmin, təhsilin, mədəniyyətin, bütün humanitar sahənin öndərləri qismində canfəşanlıq edir və bu “Qaydalar”ın əbədiliyinə çalışırlar. Başda “Boz kardinal” olmaqla! Hökmü-təsiri də, göz dəyməsin, necə lazımdırsa – öz yerində! Düşünürəm, bəlkə, Roma katolik kilsəsinin baş ruhanisinin dünyanın gedişatına təsiri ilə müqayisə edək!? Hər halda, görmürsüz, o boyda çoxminlik AMEA-da, hörmətli professor İdris Abbasovdan başqa, cıqqırını çıxaran, açıq tənqidlə çıxış edən yoxdur.

Metropoliya mərkəzi öz istək-arzularına uyğun formada idarəetməni həmin “Qaydalar”la elə “proşivka” edib ki, başqa cür ola da bilməz. Təsadüfi demirlər ki, müstəqilliyi qorumaq və möhkəmləndirmək onu əldə etməkdən qat-qat çətindir. Metropoliyanın məqsədli himayəsilə idarəetməyə yeridilmiş etibarlı-sədaqətli nökərlər elə etməlidirlər ki, keçmiş “tərkib hissə” mütləq xarici idarəetmənin caynağında olsun, üstəlik də, tayfalar, klanlar, qruplaşmalar, boşboğaz siyasilərin, idrakı və vicdanı sönük məmurların çəkişmə-didişmə, talamaq-mənimsəmək ocağına, Allahdan imdad diləyən məzlumlar, inildəməkdən savayı heç bir sistemli mübarizəyə taqəti, təpəri və iradəsi qalmamış bəndələr məkanına çevrilsin və bununla da (müstəqil bir ölkə kimi) inkişaf-tərəqqi potensialını tükəndirsin, heç etsin.

Aydındır ki, belə axarda çırpınan, hər tərəfdən mühasirəyə alınmış, ailəsinin minimal ehtiyaclarını ödəməkdə mətinlik çəkən, üstəgəl, addımbaşı “nomenklatur aristokratiya”nın yekəxanalığı, ironiya və məzəmməti ilə üzləşən alimlərin əksəriyyəti Qrasianın tövsiyəsini rəhbər tuturlar: səbrli və sakit ol, özünü odun-alovun içinə salma! Ancaq… hər halda, bu təbii seçimi də mütləqləşdirmək, məncə, düz deyil. Canın dincliyi-rahatlığı, fərdi və ailə təhlükəsizliyi belə mütləqdirsə, 18-35 yaşlı vətən oğulları nə üçün və kimə görə düşmənlə döyüşlərdə şikəslik qazanmalı, şəhid olmalıdırlar? Haram sərvətdən məst olan, eyş-işrət tusovkalarında şellənən həmin başabəla “aristokratiya”nın harınlaşmış çoşkaları naminəmi!?

Deməli, tam başqa, fövqəlüstün və ali məram, istək-iradə və ona müvafiq seçim var: xüsusi subyektiv motivləri kənara ataraq “Tam”ın (Vətənin, Doğma Torpağın, Xalqın və Dövlətin) dirçəlişi və yaşaması naminə nəsə etmək, zəruridirsə, öz həyatını riskə atmaq!

Allah dönə-dönə rəhmət eləsin, nəhəng mütəfəkkir Hegel yazardı: “Ölümə hazır və qadir olmayan xalq azadlığa layiq deyil! O, tarixdən silinsə yaxşıdır!”.

“Azadlıq haqda” başlıqlı ən yaxşı dərsliyə çevrilmiş möhtəşəm əsərin (essenin) müəllifi, görkəmli filosof, sosioloq, iqtisadçı və siyasi xadim Con Stüart Mill isə xalqın (“Tam”ın) azadlığının mühüm şərtini fərdlərin vicdanlı olmasında görürdü. Hesab edirdi ki, vicdansızlaşmış fərdlərdən ibarət “cəmiyyət” barbarlar toplusudur və onun üçün despotizm – qanuni idarəetmə üsuludur! Barbarlar toplusunda törədilən Şərə görə vicdan əzabı çəkmək və cavabdehlik məsuliyyəti daşımaq kim keyfiyyətlər olmur, deməli, hansısa tərbiyəvi sözə-nəsihətə, mərifətə çağırışa da yer qalmır.

Barbarlarda, ümumən, “Tam” anlayışı tayfa-qəbilə məzmun-mahiyyətindən kənara çıxmır. Bu tip ibtidai tarixi birlik formaları rüşeymdə olan sonrakı birlik formalarının (xalqın, millətin) qərarlaşmasının qarşısını alır, öz kobud, amansız çərçivələri ilə inkişafa mane olur. Və əsrlər dəyişməli olur ki, bu mənfur çərçivələr, buxovlar dağılsın. Burada mən bu mürəkkəb prosesin dialektikasına varmaq və onu incələmək fikrində deyiləm. Bu, ayrıca bir xüsusi söhbətin möxzusudur. Mətləbim, sadəcə, başqadır – həyacan təbilini səsləndirməkdir: Azərbaycanda barbarlığa, yəni, vəhşilərə məxsus mövcudluq və davranış tərzinə, tayfa-qəbilə adət-ənələrinə ciddi dönüş təhlükəsi var! Adi həyatda, idarəetmədə, cəmiyyətin müxtəlif həyat (iqtisadi, siyasi, sosial, mənəvi) sahələrində müşahidə edilən yerliçilik, regionçuluq, tayfabazlıq və klançılıq, etnikçilik, ifrat millətçilik əlamətləri də bu məşum tendensiyanın zərərli ifadəsidir ki, keçmiş metropoliya mərkəzi tərəfindən hər vəchlə yayılır və gücləndirilir. Tayfaçılığa və yerliçiliyə rəvac vermək, etnik və dini hissləri istismar etmək, əliəyriliyi və rüşvətxorluğu təşviq etmək, intellektual impotentləri, ruhu-qəlbi sönük vicdansızları, danabaş şarlatanları, fitnə-fəsad ustalarını irəli çəkmək, onları mühüm postlara yerləşdirmək – bütün bunlar, cəm halda, imperiyaçılıq od-alovu ilə yanan metropoliya pretorlarının və onların satraplarının şakəridir! Əvəzolunmaz silahı, üsulu və vasitəsidir. Həqiqət bu qədər sadədir!

Bəs, həqiqət bu qədər sadə və üzdədirsə, AMEA-da təmsil olunan, daşıdıqları elmi dərəcə və elmi adlarına layiq olan, öz tədqiqat sahələrini yüksək səviyyədə, qədərincə təmsil edən professor, müxbir üzvü və akademiklər nədən səbrli olub sakit durmağa üstünlük verirlər?! Axı, hamısı gözəl anlayır ki, Azərbaycan elmi məqsədli surətdə çökdürülür, onun illərcə formalaşmış zəminləri dağıdılır. Görmürlərmi ki, Kreml vassalları Azərbaycana və onun elminə qənim kəsiliblər. Görüb, müqavimət göstəmirlərsə, milli inkişafdan, Heydər Əliyev kursuna sadiqlikdən danışmağa dəyərmi!? Bu qədər də söz-əməl antaqonizmi olarmı!? Bəlkə, düşünürlər ki, elə bu mövqesizlik, laqeydlik Heydər Əliyevin ruhunu şad edəcək? Bu böyük siyasətçi və dövlət xadiminin “İnsanın mövqeyi olar!” tövsiyə-tələbini nə tez unudublar?! Nə qədər baş girləyib, isti dəlmə-deşiklərdə yarasa kimi gizlənmək olar?!

Mənim kimi xırda-xuruş, çoxillik elmi fəaliyyəti ərzində Vətənin heç bir orden-medalına, hansısa ödülünə, adi rəsmi bir təbrik məktubuna, Fəxri Fərmanına layiq görülməyənlərlə işim yoxdur. Kreml siyasətinin pretorları və vassalları tərəfindən autsayder, çıxdaş elementlər halına salınmış bu bəndələri qınamağa dəyməz. Məişət-dolanışıq qayğılarının belə kəskin artdığı bir vaxtda onların maddi-mənəvi sıxıntılar yaşayan, “Ədalətsiz Dünya”ya gəldiklərinə görə cəhənnəm əzabı çəkib, peşiman olan balaları qarşısında “şapalaqla üz qızartmaq”dan başqa artıq heç nəyə təpəri, gücü-qüvvəti, iradəsi qalmayıb. Bədnam “Qaydalar” onları elə büküb-qatlayıb ki, artıq “orta sinif”dən də aşağı yaşayış səviyyəsinə salınıb. Bir növ, lümpenləşdirib!

Gözləntim yox, xüsusi irad-qınaq sözüm bütün rejimlərdən yağdan bıçaq kimi keçən, metropoliyanın maraqlarına cavab verən “Qaydalar”la yaşamağı istəyən və bacaran, haramçılıq yolu ilə yüksək titul və təltifləri özləri üçün halal bilən cənablaradır. O kəslərədir ki, meşəxoruzu kimi (ruslar «глухарь» deyirlər) ömürboyu bu xalqın səsini-çağırışını eşitmək, iniltisinə məhəl qoymaq istəyində olmamış, onun dərdlərilə alovlanıb yanmamışlar. Xalqın hər tərəfdən boğulan naləsi onlar üçün meşəcüllütünün (ruslar «вальдшнеп» deyirlər) civiltisi qədər də əhəmiyyət kəsb etməyib. Ancaq bununla belə, “millət və milliyətçilik”dən, “türkçülük”dən, “mənəvi dəyərlər”dən, nə bilim, “milli kimlik”dən və “Azərbaycançılıq”dan yazıb-danışmaqdan yorulmurlar. Hətta tez-tez Ulu Peyğəmbərdən iqtibas gətirirlər: “Alimin qələminin mürəkkəbi şəhid qanına bərəbərdir”! Belə düşünürlər ki, Peyğəmbər “alim” deyərkən məhz onlara bənzərləri nəzərdə tutub! Mərhaba! Belə yerdə rəhmətlik Arkadiy Raykin deyərdi: “Хорошо устроились друзья!».

Həqiqətən, məəttəl qalırsan: “Boz kardinal”ın kompaniyası, yaxşıca ilmələnmiş toru-şəbəkəsi necə də böyük və vassallıq üçün sədaqətli imiş – alınmaz qala kimi! Söz yox, “Baş akademik” necə lazımdırsa, elə də çalışıb, durmadan əziyyət-zəhmət çəkib, misilsiz ustalıq göstərib. Bəli, kim nə deyir-desin, dövrümüzun əzmkar “Yeni Napoleon”u həsəd aparılası administrativ ustalıq cəhətdən mahir imiş. Kreml bilirmiş kimə “stavka” edir! Görün indi, bu şövkətli administratorun əlindən rəhmətlik Heydər Əliyev və prezident İlham Əliyev nələr çəkirmiş!? Nə qədər enerji-güc, əsəb və vaxt sərf etmək zorunda qalıblar ki, bu Kremlsayağı İdeoloqun həmlələrinin qarşısı alınsın, yeritdiyi və yetirdiyi ziyan zərərsizləşdirilsin. Di gəl, o da “sadiqəm” deyə-deyə topdağıtmaz qalasını yarada bilib. İndi həqiqi Napoleondan da bacarıqlı sərkərdə gərəkdir ki, bu qalanı dağıtsın, birdəfəlik Azərbaycanın tarixindən silib, zibilliyə göndərsin.

P.S. İnanın, bu üzdəniraq “elmi idarəetmə” barədə yazmaq mənə qətiyyən ləzzət vermir, əksinə, daxili bir iyrənmə, xoşagəlməz ovqat yaradır, sanki zirr-zibilli, üfünətli gölməçənin uzun illər murdarlaşmış suyunu təmizləmək istəyirsən. Sadəcə, məcburam və bu məcburiyyət heç də hansısa kənar hökmdən, sövqetmədən irəli gəlmir, öz daxilimdən püskürür. Rəhmətlik Qrasianın müqəddəs ruhu məni bağışlasın, ancaq artıq səbr yeri qalmayıb. Görəndə ki, bugün ən istedadlı, məhsuldar, vicdan səsilə oturub-duran, “Tam”a xidmət amalı və bacarığı ilə qabarıq surətdə fərqlənən nadir alimlərdən birinə (professor İdris Abbasova) qarşı səlib yürüşü təşkil edilib, qıraqdan baxıb adi seyrçi olmaq, dəyərli bir şəxsiyyətlə sprutlaşmış qladiatorlar şəbəkəsinin qeyri-bərəbər savaşını rahatca izləmək Allah bəndəsi üçün nə mümkündür, nə də məqbul və düzgün. Hörmətli İdris müəllimin mübarizəsi onun, bir alim kimi, varlığına hopmuş formal, quru prinsipçilik və subyektiv özünütəsdiq məsələsi deyil. Yox, qətiyyən! Zərurətin məğzi-mahiyyəti daha böyük, dərindir. Onun necəliyi xüsusi subyektivlik motivləri ilə ölçülmür. Burada böyük milli-tarixi zərurət, ülvi-sakral motiv var! Qısaca desək, bu zərurət elmin bir “Tam” kimi müqəddəratına uzunillik məkrli, mənfəətdar, qəddar və amansız hücumuna, nəhəyat ki, son qoymaq zərurətidir. “Tam”ı çoxdan həddini aşmış, ərköyün, təkəbbürlü, özləri-özlərini imtiyazlaşdırmış, sərhədsiz vara-sərvətə aludə olmuş, cəmiyyətin son şirələrini də sormağa hazır olan nəsnələrdən və onların yaratdığı durumdan, vərdiş-ənənələrdən xilas etmək zərurəti! Pafoslu səslənsə də, ancaq nəhəng problem bundan ibarətdir. Ümumiyyətlə, yeri gəlmişkən, deyim ki, formal-quru prinsipçilik və necə gəldi subyektiv özünütəsdiq dəbi-azarı həqiqi alimə, siyasətçiyə, dövlət adamına xas olmayan xüsusiyyətdir! Uca Tanrı bizi belə prinsipallıqdan uzaq eləsin! “Tam”a olan borcumuz və qayğımız şəxsi motivlərdən, rütbə və vəzifədən doğan öhdəliklərdən yüksəkdə dayansın! Amin!

Şərhlər

Oxucu 2021-03-12 16:01:31

Akademiya Ramizlərdən, Yaqublardan təmizlənməli, elmdə sağlam mühit yaradılmalıdır.

N. Məhərrəmli 2021-03-11 12:42:54

müvafiq rəyə heç gücüm də çatmaz. Sadəcə, Əbülhəsən müəllimə öz dərin hörmətimi və səmimi təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun, professor. Yaxşı ki, varsız. Allah Sizi qorusun. Bir alim kimi əsl mənalı həyat Sizə qismət olub. Tanrı bu qisməti nadir insanlara bəxş edir. Daim yaşayıb, yaradanlardan olun! Belə mükəmməl və əhəmiyyətli məqaləyə rəy vermək fikrim yoxdur. ...

Ferd 2021-03-11 01:31:14

Hörmətli professor, tamamilə haqlısız. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycandır!

Azər 2021-03-10 14:20:44

"Metropoliya"nın baş naziri (Mişustin), xarici işlər naziri (Lavrov), KİV-lərin böyük bir qismi,televiziya, kinoindustriya, maliyyə resursları, internet resursları, incəsənət sahələri ermənilərin əlindədi və ya idarəçiliyindədi...bizimkilərsə bazarlarda göyərti və narkotik satırlar..Bəs bunun günahı kimdədi, ay ziyalılar..niyə bir yol göstərmirsiniz ?

Rasim M. 2021-03-10 10:53:24

Hörmətli Alimin toxunduğu problem " Tam" ın mövcudluğuna olan ən böyük təhlükəni : elmin yalnız kağız üzərində olan hərəkətini və yaxın keçmişdən miras qalmış "müqəddəs dövlət" prinsiplərinin toxunulmazlığını təmin edir. Beləki ona "əl ilə " -- tətbiqi elmlə -- toxunmaq olmaz və təbii ki,əl ilə toxunulmayanı heç vaxt duzəltmək olmaz. Yeganə çıxış yolu hörmətli qeyd etdiyi kimi bütün həyat əhəmiyyətli strukturların yenidən və müasir tələblərə uyğun institutlaşmasıdır.

Mehdi 2021-03-09 23:45:26

Bir mənalı olaraq akademiyanın on minlik kollektivi mehdiyevin ölümünü bir nəfər kimi gözləyir. Görəsən Mehdiyev özü bunun fərqindədir? o?

Azər 2021-03-09 14:44:11

Biz araşdırmalıyıq, niyə biz müti, "burnunun ucundan o tərəfi görməyən",pulu hər şeydən üstün tutan, daha çox yaltağlığa yol verən, millət və vətən sevgisi kifayət qədər olmayan, çox unutqan və azad fikri və mövqeyi olmayan bir xalqıq...bu sovet dönəmində də belə idi...yazıçı Anar deyirdi ki, Moskvadan bizə göstəriş gələndə ki. dırnaqlarınızı tutun, biz barmağımızı kəsirdik...Niyə ? buna səbəb şərq təfəkkürüdür. müsəlmançılıqdır yoxsa nəsə başqa bir səbəb var ? azı bütövlükdə bizim millət qorxaq millət deyil, mərd millətdir, amma niyə bu mərdliyin yanında ağıl və vətənpərvərlik, uzaqgörənlik yoxdur ? Hörmətli, Əbilhəsən müəllim bu suallara cavab tapmaq lazımdır, sonra "metropoliya"nı müzakirə edərik.."

Azər 2021-03-09 14:32:49

Hörmətli, Əbilhəsən müəllim savadlı adam təsiri bağışlayır, amma onun fikirləri cəmiyyətin ünlü ziyalısı kimi məni tam qane etmir...yenə metropoliya, yenə də qıraqda düşmən axtarmaq...biz özümüzü analiz etməliyik, belə insanlara-boz kardinallara və metropoliyalara qarşı bizim cəmiyyətin "immuniteti" olmamlıdır.... niyə həmin metropoliya eyni seyləri ermənistanda və Gürcüstanda bu qədər edə bilmir...necə olur ki, Azərbaycanda ermənilər və onların qohumları. adamları "at" oynadır...niyə biz hər şeyi "pula" satırıq..bu da metropoliyanın günahıdırmı..biz öz xalqımızı dərindən öyrənməli, onun yaxşı və pis cəhətlərini bilməliyik və xalqımızı istənilən "metropoliya"ya və "vassallar"a qarşı hazırlamalayıq.."Gəlin birinci özümüzdən başlayaq...

Eldəniz 2021-03-09 09:31:45

Mir Cəfər Bağırov Akademiyanı yaratmaği ona görə zəruri hesab edirdi ki , Yusif Məmmədəliyev kimi alimlərimiz dünya çapında elmi nailiyyətləri var idi...Indi isə daha çox loyal QHT ye bənzəyir ....

El 2021-03-09 09:10:33

Bu zamanda Azərbaycanda dövlət müəsisələri "Uşaqkığın son gecəsi"filmində ət kombinatını xatırladır

MÜHƏNDİS 2021-03-09 02:16:04

İLAHİ SƏN BU BOYDA MEA GÖZÜMÜZ QARŞISINDA ÇÖKMƏSİNƏ SADƏCƏ OLARAQ SEYRÇİ OLAN ALİMLƏRİMİZİN DİLİNİ AÇ.YƏQİN BOZ KARDİNAL BU İNSANLARIN AĞZINI DİLİNİ BAĞLAYIB.GÖRƏN HARDA QALIB CƏNABİ ƏZRAYIL.

İbrahim 2021-03-09 02:02:06

Olduqca aktual, obyektiv, faydalı məqalədir. Möhtəşəm bir təhlildir. Dönə-dönə oxuyan. Var olun hörmətli Əbülhəsən müəllim, Allah Sizdən razı olsun!

Veteran 2021-03-09 00:02:08

Təkcə elmimizəmi? Dövlətə,xalqa ,millətə,genefondumuza.əxlaqımıza və sair və ilaxır,Məhv etmədikləri sahə qalmaylb.Amma az qalıb.... Sizin,bizim kimi vətənpərvərlər ,xalqın sağlam düşüncəli insanları 5-ci kalonu təmizləyəcək

alim? 2021-03-08 23:36:04

Bütün alimlərin dəyəri onların elmi kəşflərinin dövlətə və millətə verdiyi xeyirə görə dəyərləndirilməlidir--MEA ləğv edilməli oradakə"akademiklərin" ixtiraları yenidən qiymətləndiriməlidir-xalqa verdiyi xeyirə görə

Fuad 2021-03-08 23:13:00

Məncə təcili olaraq AMEA-nın institutları elmi istiqamətlər üzrə universitet və nazirliklərə birləşdirilmiəlidir. Əslində bu proses çox gecikib. Akademiya artıq məhv olub. Quru skleti qalib.

Mirzə 2021-03-08 22:38:46

Çox dəhşətli bir mənzərədir! akademiya boz kardinalın əsarətindən heç cür qurtula bilmir! Bu fəlakətdir,

Murad 2021-03-08 22:35:00

Akademiya Boz kardinalın girovuna çevrilib.

alim? 2021-03-08 22:23:03

bir vaxtlar sadəlööf çəbhəçilər çox ağıllı bir gediş etmək istəyirdilər--onlar MEA-Iləğv etmək istəyirdilər- məncə indi bunu etmək tam yerinə düşərdi--bu müftəxor təşkilat ləğv edilməlidir

Oxucu 2021-03-08 21:58:08

AMEA və onun Fizika İnstitutunun dağıdılmasında Fatma Abdullazadənin əri Oqtay Ələkbərovun mühüm rolu olub. Oktay Ələkbərov ətrafına yığdığı şayka üçün münbit şərait yaratmaq məqsədi ilə 2000-ci illərin əvvəlində institutun direktoru akademik Arif Həşimovu vəzifəsindən uzaqlaşdırtdırıb. Sonra institutnn təcrübi bazasını dağıdıblar. Cihazların əksəriyyəti hesabdan silinsə də işlək vəziyyətdə olublar. Bu cihazların hara satılması məlum deyil. Bu şayka institutun digər əməkdaşlarını özlərindən asılı vəziyyətə salmaq üçün innovasiya sektoru adlandırılan şöbə yaradıblar və bu şöbəyə dövlətin qrantları ilə şişirdilmiş qiymətlərə xaricdən cihazlar alıblar və belə qayda qoyublar ki, innovasiya sektoruna aid olmayan əməkdaşa nə isə ölçmək lazımdırsa, bu əməkdaş, bu şaykaya nə etmək istədiyini izah etməli, şaykanı qane edən təqdirdə, əməkdaşa lazım olan ölçmələr ölçülüb ona verilməlidir. Bu şayka, fizik-eksperimentatoru, polikninikanın laboratoriyasına müraciət edən xəstəyə döndəriblər. Oktay Ələkbərovun və onun şaykasının bu institutda törətdiyi cinayyətlər barədə institutun əməkdaşı Elman Şahverdiyev ölkə başçısına azpolitika saytı vasitəsi ilə dəfələrlə müraciət edib. Əlaqədar orqanlar özlərini karlığa və korluğa vurublar.

Seyid Ənhu 2021-03-08 19:03:26

HÖRMƏTLİ PROFESSOR, BƏZƏN ELƏ HEYRƏTLİ FAKTLARLA QARŞILASIRSAN Kİ, DÜŞÜNÜRSƏN Kİ BU ANCAQ FEODAL CƏMİYYƏTİNDƏ MÜMKÜN OLAR. SİZİN BU ELMİ MONAQRAFİYANIZ ONU GÖSTƏRİRDİ Kİ, BİZDƏ NƏİNKİ FEODAL, ARTIQ QUL VƏ QULDUR MÜNASİBƏTLƏRİ FORMALAIB. MEYDANDA TƏK QALACAĞINIZDAN ƏMİN OLUN. HEÇ KİM SƏSİNİZƏ SƏS VERMƏYƏCƏK. ALLAHDAN ARZU EDİRƏM Kİ, SƏHƏR YUXUDAN AYILANDA GÖRƏK Kİ, AMEA ÖZ ƏMƏKDAŞLARI İLƏ BİRLİKDƏ YERİN DİBİNƏ BATIBLAR..İKİCƏ NƏFƏR SAĞ QALIB. SİZ VƏ YASƏMƏN QARAQOYUNLU

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.