Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb olunub.
Bu barədə "gununsesi.info"-nu məlumatlandıran mənbənin sözlərinə görə, Günel Səfərova da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrant alan şəxslər siyahısında olub.
Onun ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirildiyi bildirilir.
Qeyd edək ki, 2021–2023-cü illər ərzində ETN yanında İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının “Qaçqınların sosial qiymətləndirilməsi” layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib.
ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir.
Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olub.
O, uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib.

Şərhlər
Nazir Emin Əmrullayev Azərbaycan təhsilini iflic, şikəst edib. Onun iş fəaliyyəti yoxlanılmalı, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Təhsil sistemindəki bütün maxinasiyaların başında duran Emin Əmrullayevdir.
bu adama bu vəzifəni tapşıranda elm - təhsil nazirliyi nə düşünürdü , hara baxırdı ? ucqar bir kənddə məktəb direktoru təyin edəndə adamın başına min oyun açırlar , amma mərkəzi aparatda bu cür şübhəli adamları rahat yerləşdirirlər.
Nazirliklərdə "yeni gənc nəsil", "Avropa düşüncəli" xaricdə 100 dollara satılan saxta diplomlu, ingilis dilli deyib işə götürdükləri kadrların böyük əksəriyyəti çirkli, bəzi hallarda ölkə üçün təhlükəli sayılan işlərlə məşğul olmuş adamlardır. Üstü açılanda da səs-küy çıxmasın deyə ya məcburən dözüb saxlayır, ya da iş yerlərini dəyişərək tədricən aradan çıxarırlar. Əksər hallarda heç nə etmirlər..bu çox təhlükəli tendesiyadır
Ölkəmizdə 6 milyon seçici Nüfuzlu var və azı 5 milyon tam əmək qabiliyyətlidir. Onlardan 2cə milyonu muzdlu, ya konkret məhsul istehsalı və xidmətlə məşğuldur. Necə olur ki, eyni vətəndaş ABŞın USAİD, ATƏTin və eyni zamanda QHTlərə Azərbaycan Dövlət Dəstəyi agentliyinə müşahidəçi seçilir, ya təyin edilir? Dolanbac marağını, onu illərlə xarici və daxili vəzifələrə yönəldənlərdən sormaq gərək?