Yasamalda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
"Report" xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb:
"Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək".
Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb. Eyni zamanda Q.Məmmədov martın 28-si faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılmışdı.

Şərhlər
Sovet dönemşnde fehle kendli hökumeti menim babalarımın kökünü kesdiker ki beysen pulun var .At Oğrusu Stalin ise milletimin bütün Ziyalılarını mehv etdi millet heke deçğzne gelenmir.Müsteqillik dövründe şse sşz deyen nöqsankar var 30-40 ile be millet ne dövlet tam formalaşa bilmez.Ne qeder ki Milli Şüur tam formalaşmayıb veziyyet bından da pis ola biler Gözel İnsanlar.
Ümumiyyətlə bu məsələ hüquqi müstəvidə həllini tapmalıdır. Belə ki, əgər hər hansı bir yaşayış binası sökülərək yerində yaşayış binası tikiləcəksə, sökülən binadakı mənzil sahiblərinə tikiləcək binada 20m2 əlavə sahə verilməli və tikinti müddətində onlara müvəqqəti yaşama pulu verilməlidir, yox əgər onlar nağd pul istəyirlərsə həmin ərazidə mənzillərin mövcud bazar qiymətinə uyğun məbləğ verilməlidir.
Sahibkar niyə qudurğan olur ? Bunun səbəbi harınlamış krışaları deyil?Guya belə hallar hüquq mühafizə orqanları bilmir?Bilmirlərə ? Çox gözəl bilirlər.Amma hərəkət etmirlər.
ELİ BƏY..BU SON 30 İLDƏ ,TƏHSİLİN,SƏHİYYƏNİN,YAŞAMIN VƏTƏNDAŞLAR ÜÇÜN ZƏİF VƏ DÖZÜLMƏZ HALA GƏTİRİLMƏSİNƏ,.AZƏRBAYCANDAN MUNLƏRLƏ ZİYALININ XARİCİ ÖLKƏLƏRƏ KÖÇ ETMƏSİNƏ,MİLLİ QARIŞIQLARIN YÜKƏK STRATEJİ VƏZİFƏLƏRƏ TƏYİN EDİLMƏ HALLARINA MÜNAİBƏTİNİZİ BİLDİRMƏNİZ MARAQLI OLARDI.XALQI QORXU İÇİNDƏ SAXIAMAQ NƏ DƏRƏCƏDƏ QANUNUN ŞAH OLDUĞUNU SÜBUT EDİR?
Cavabınızı oxudum.Ancaq anlaşılmazlıqların çoxluğu Sizin ölkəyə baışınızın doğru olmadığını təsdiqlədiyini yəqin his etməmisiniz.İndi qanunun Şah olduğunu sübut etməyə hər hanı əaınız varmı?Ölkədə İcra məmurlarının.hakimiyyət üzvlərinin rüşvət.,,büdcə mənimsəmə və digər qanunsuz yollarla ələ keçirdiklərindən,xaricə daşıdıqlarınan,hüquq mühafizə orqanlarındakı işgəncə,zoraklılq və qanunsuzluqlardan bixəbər olduunuz şübhə doğurur.ovet dövrü yaşamış insan kimi belə etbəcərliklər o zaman heç 0.5 faiz rast gəlinmirdi.İnsanların üzü gülürdü.İndiki kimi sifətlərdən zəhrimar dammırdı.Trifinizin əsası görünmür.Bir az realist olsanız özünüzə faydalı olar.
Cavanşir bey bu yetimçe dediyin fehle kendli sinfi SSRİ adlı cındur bir dövlet qurdu ,onkar Bey Xan ,Knyaz olana kimi 10 millionlarka Ziyalıların ölümüne bais oldukar 1937- ci ili yaddannçıxarmayın.Ziyalıların qurduğu bir cemiyyet uğrunda burulaa ki Qanun Şah olsun Şah Qanun yox.
Əşi nə özünüzü pis edirsiz 1-2günə ev yiyəsindən evində heroin tapacaqlar ya da polisə vurduğuna basacaqlar içəriyə.O biznesmendə fiqurdur əsas onun arxasıdır.Pulunu verib qurtaracaq.Necə deyerler pulun var kef elə .
Nə yapışmısınız ekskavatorçudan.Eşşəyə gücünüz çatmır və ya qorxursunuz palanı döyürsüüz?O yetim fəhlə bu işsiz ölkədə güclə və ya xahişlə bir tikə evinə çörək aparır.Əsas harınlamış.Bəylər adamından qorxursunuz?
Ekskovatorçu harınladılmış sahibkardan əvvəl tutulmalıdır. Bunlar ikisi bir cinayət törədib. Biri deyib, o biri edib.Mən qazı olsaydım yetimçəyə daha şiddətli cəza verərdim. Çünki yetimçə bilir ki, hansı sinifdəndir. Bilir ki, evini sökdüyü adam da onun kimi bir fəqirdir.Bilir ki, ölkəsində fəqirlərlə necə davranılır. Bu qulluqçu nökər də gedib qoşulub onlara.Üzümü nəkərə tutub dyirəm:-Ay nökər, sən bilirsən ki, tutduğun iş, dinə-imana sığmır, niyə bu fitvaya gedirsn? Ay səni həmişə nökər olaraq da qalasan.
bu hakimin ozu ne qeder duzgun biridir... bunu aydinlashdirmaq lazimdir. deyesen, hakim olandan sonra boshanib
Ekskovator süren de ele bunın kimi qudurmuş allahsızdur insan olan evi onın başına uçurmaq ele onu öldürmeye beraber bir hereketdir.Mehkeme düz qerar verim o emri yerine yetirmeye bilerdi
uzaqbaşı işden çıxarardılar.
Ekskovator sürücüsü niyə ? Ona deyilib hər şey qanunidir ,sök ,sənədi bəyəm ona gösttəriblər ? Deməli hamı aradan çıxacaq ,bu yetimi tutacaqlar ,necə ki ,Azadlıqda yanan binada süpürgəçini tutdular ,maşəni şumlayan milyoner 8- milyon ödəyib aradan çıxdı ,saymaqla qurtarmır