Menu

Ermənistanda müxalifətin itaətsizlik aksiyası davam edir

10.03.2021, 10:38
Ermənistanda müxalifətin itaətsizlik aksiyası davam edir

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən “Vətənin xilas uğrunda hərəkat”ın Yerevanın Baqramyan prospektində martın 9-dan başlatdığı itaətsizlik aksiyası davam edir.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya keçirilən ərazidə yüzlərlə vətəndaş var. Onlar Ermənistan parlamentinin binasına girişi bağlayıblar. Müxalifət təmsilçiləri həmin ərazidə çadırlar qurub. Nəticədə Baqramyan prospekti və Demirçyan küçələri bağlanıb.

Aksiyanın keçirildiyi küçə və prospektlərdə dəbilqəli və qalxanlı polislər karton düzəldərək növbə çəkirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol