Menu

“Türkiyə energetika sektorunda sıçrayış edib” - Ərdoğan

10.03.2021, 15:49
“Türkiyə energetika sektorunda sıçrayış edib” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan respublikada ilk nüvə elektrik stansiyası - “Akkuyu”nun inşası layihəsinin ölkənin energetika sektorunda böyük sıçrayış etməsinə imkan verən investisiya olduğunu bildirib.

Bu barədə TASS məlumat yayıb.

“Biz bu gün cənab Putinlə “Akkuyu” AES-in (üçüncü enerji blokunun) təməlqoyma mərasimində videoəlaqə vasitəsilə iştirak edəcəyik. Türkiyə energetika sahəsində ən böyük sıçrayış etmiş ölkədir. Bizim ən böyük investisiyalarımızdan biri “Akkuyu” AES-dir”, - deyə R.T.Ərdoğan bildirib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol