Menu

Ermənistanda daha 748 nəfərdə koronavirus aşkarlanıb

11.03.2021, 10:54
Ermənistanda daha 748 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda son sutkada daha748 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 176 286-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 239-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 834 nəfərdir. İndiyədək 165 441 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 6 772 aktiv koronavirus xəstəsi var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol