Menu

Azərbaycanda peyvənd olunanların sayı 443 mini ötdü

12.03.2021, 12:51
Azərbaycanda peyvənd olunanların sayı 443 mini ötdü

Martın 11-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 9 825 nəfər vaksinasiya olunub.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 443 888nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol