Menu

Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi

12.03.2021, 16:35
Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi

Keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verilib.

“Report”un xəbərinə görə, bu barədə sosial şəbəkədə G.Hacıbəyli məlumat yayıb.

O bildirib ki, martın 11-də Bakı Apellyasiya Məhkəməsində oğlunun ölkədən çıxışına icazə verilməsi ilə bağlı şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin edib.

Qeyd edək ki, G.Hacıbəylinin oğlu T.Mehdi Almaniyada universitetə daxil olub.

Şərhlər

Veteran 2021-03-12 23:59:33

Gözünüz aydın Gültəkin xanım.Uğurlar olsun BALAMIZA.

İslam 2021-03-12 18:14:30

Düzgün qərardır. Valideyinə görə uşağı ya kimisə cəzalandırmaq kişilikdən deyil

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol