Menu

ABŞ İranla AB vasitəsilə danışıqlar aparır

13.03.2021, 00:29
ABŞ İranla AB vasitəsilə danışıqlar aparır

Rəsmi Vaşinqton Avropa Birliyi (AB) vasitəsilə İranla diplomatik danışıqlar aparır və Tehranın nüvə sazişi ətrafında vəziyyət üzrə fikirlərini gözləyir.

“Report” xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

"İranla diplomatiya davam edir, amma hazırda birbaşa deyil. Avropalılar və başqaları vasitəsilə əlaqələr var. Bu mərhələdə iranlılardan necə davam etmək istədikləri ilə bağlı fikirləri gözləyirik”, - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol