Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter”dəki səhifəsində Ağdamın Şahbulaq qalası ilə bağlı paylaşım edib.
Hikmət Hacıyev bu sözləri yazıb: “Şahbulaq. Ağdam. Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, bloqerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər.
Media orqanı və QHT-lərin rəhbərlərini, bloqerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müşayiət edib.


Şərhlər
Bizi, yerli auditoruyanı inandırmaq lazım deyil. Dünya ictimaiyyəti, elmi dairələrə bunu təsdiq etdirmək lazımdır. Özüdə tvitter vasitəsilə yox, dəlil və sübutlarla.