Menu

İngiltərədə futbolçu ilk dəfə matçdan əvvəl diz çökməkdən imtina etdi - FOTO

14.03.2021, 01:08

Londonun "Kristal Pelas" futbol komandasının yarımmüdafiəçisi Uilfred Zaha İngiltərə Premyer Liqasında matçdan əvvəl diz çökmək mərasiminə etinasızlıq nümayiş etdirib.

“Report” xəbər verir ki, bu barədə “The Telegraph” bildirib.

Qeyd edilir ki, "Vest Bromviç Albion"a qarşı oyundan əvvəl digər futbolçular bir dizləri üstə çöküblər, amma Uilfred Zaha qollarını arxasında çarpazlayaraq dayanıb.

Zaha daha əvvəl “Black Lives Matter" ("Qaraların həyatı əhəmiyyətlidir") həmrəylik forması aksiyasını açıq şəkildə tənqid edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol