Menu

Goranboyda polislər şəhid ailələrinə bayram sovqatı paylayıb - FOTOLAR

14.03.2021, 12:09
Goranboyda polislər şəhid ailələrinə bayram sovqatı paylayıb - FOTOLAR

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə bayram sovqatları paylayıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, Novruz Bayramı münasibətilə onları təbrik ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol