Menu

Hacıqabulda 18 yaşlı gənc dəm qazından zəhərləndi

15.03.2021, 23:18
Hacıqabulda 18 yaşlı gənc dəm qazından zəhərləndi

Hacıqabulda dəm qazından zəhərlənmə olub. “Report”un Aran bürosu xəbər verir ki, hadisə Hacıqabul şəhərinin M.Ə.Rəsulzadə küçəsi ev 191 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 2003-cü il təvəllüdlü Dadaşov Elşad Elşən oğlu dəm qazından zəhərlənib. E.Dadaşov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol