Menu

"Bu gün müstəqil Azərbaycan dövləti özünün şanlı dövrünü yaşayır" - MM sədri

16.03.2021, 11:22
"Bu gün müstəqil Azərbaycan dövləti özünün şanlı dövrünü yaşayır" - MM sədri

“Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib. Bu gün müstəqil Azərbaycan dövləti özünün şanlı dövrünü yaşayır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O vurğulayıb ki, 2020-ci ildə bütün dünya, o cümlədən Azərbaycan pandemiya ilə mübarizə aparıb:

“Ölkəmiz bu vəziyyətdən az itkilərlə çıxa bilib. Sahibkarlara vergi güzəştləri tətbiq edilib. Ölkəmizin valyuta ehtiyatları qorunub saxlanılıb, hətta artıb”.

“Ölkəmiz dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib. Onu da qeyd edim ki, ötən il hökumətin hesabatı zamanı Milli Məclisdə qaldırılan məsələlər araşdırılıb, bir çoxları isə həllini tapıb” - MM sədri əlavə edib.

Şərhlər

t.ədalət 2021-03-16 22:35:25

Bizim hörmətli professor Quli Məhərrəmli hər şeydən yazssa da dilimizə dürtülən əsassız artırma sözlərdən yazmır."Müstəqil" Azərbaycan nə deməkdir?Məgər Azərbaycan dövləti dedikdə onun müstəqilliyi itir?Yaxud,alimlərimizin toplasşdığı "maaş çəlləyi" akademiyanı götürək."Milli" sözünü yazmasaq Akademiyanın milliyi yox olur?Belə saçma-sapan sözlər çoxdur.Quli müəllim digər məsələlərdən yazır,amma gələcək nəsillərin söyüş yeri olacaq əsassız söz birləşmələrindən yazmır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol