Menu

İrandan Ermənistana yanacaq daşıyan avtosistern qəzaya uğrayıb

16.03.2021, 14:22
İrandan Ermənistana yanacaq daşıyan avtosistern qəzaya uğrayıb

Ermənistanın Sünik vilayətində Qafan-Gorus avtomobil yolunda İran İslam Respublikasına məxsus yanacaqla dolu avtosistern aşıb.

“Report” xəbər verir ki, məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyi yayıb.

“Scania” avtosisternin qoşqusu Qafan-Gorus yolunun 25-ci kilometrində aşarkən yanacaq sızması baş verib. Avtomobili İran vətəndaşı İsmayıl Makdi idarə edirmiş.

Hadisə yerinə Ermənistan FHN-in yanğınsöndürən-xilasetmə dəstəsi cəlb edilib.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol