Menu

Naxçıvanda "Televiziya və Radio Verilişləri” QSC yaradılır

17.03.2021, 18:55
Naxçıvanda "Televiziya və Radio Verilişləri” QSC yaradılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanla Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək tapşırılıb.

Şərhlər

Veteran 2021-03-18 15:43:00

Naxçıvanı Azərbaycana birləşdirmək lazımdır.Milyardlarla vəsaitə qənaət etmək daha səmərəli olardı.

mühəndis-vətəndaş mövqeyi 2021-03-18 00:48:03

Əla! Amma, niyə qapalı? Elə, özəlcə iki müxtəlif İctimai-elmi-tərbiyə təhsilli və Biznes-özəl-idman-əyləncə üzrə ayrıca rəqabət apara biləcək bərabər saylı mətbuat qurumları?

Veteran 2021-03-17 22:59:42

Naxçıvanı birdəfəlik Azərbaycana birləşdirib,xeyli sayda ştatları ixtisar etmək olar.

t.ədalət 2021-03-17 21:55:31

Bu doğru qərar deyil.Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olduğu üçün AzTV və digər respublika səviyyəli tele-radio kanallar Naxçıvanda da yayımlanır.Naxçıvanın müstəqil şəkildə qərar və qanunlar qəbul etməsi gələcəkdə hansısa separatçılığın başlanğıcıdır.Biz buna yol verməklə böyük bir xəta edirik.Allah bizi seperatçı əhval-ruhiyyədə olanlardan qorusun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol