Menu

“Bakılift -2”nin 2 milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəisinə bəraət verildi

18.03.2021, 11:13
“Bakılift -2”nin 2 milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəisinə bəraət verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin külli miqdarda mənimsəmədə ittiham edilən sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report” xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, Ruslan Dilanova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R.Dilanov dövlət büdcəsindən yaşayış binalarında 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan 2 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham edilirdi.

Şərhlər

Həsən 2021-03-18 12:07:26

Bu kimin qohumudur? Yoxsa cinayət cəzasız qalmazdı.Bura AZərbaycandır.

Cavanşir 2021-03-18 11:58:31

Belə məhkəmələr hansı ölkədə var?Adamın mənimsədiyi aşkar olunur və bəraət alır.Gülməli deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol