"Prezidentin əfv etdiyi şəxslər arasında 1994-cü ildə Bakı metrosunda terakt törədən Azər Aslanovun adı yoxdur. Bu barədə yayılan xəbər yanlışdır".
Bunu "AzPolitika.info"-ya Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, siyahıda olan şəxsin adı Aslanov Azər Məhərrəm oğludur: "Metronun partladılmasında iştirak edən terrorçu isə Aslanov Azər Salman oğludur. Onların ad və soyadları eyni olsa da, ata adları fərqlidir".
Sərəncama əsasən, əfvə düşən Aslanov Azər Məhərrəm oğlunun ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.
1972-ci il təvəllüdlü A.Aslanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
"AzPolitika. info"
***
Qeyd edək ki, “28 May” və “Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar olaraq Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Salman oğlu Aslanov həbs edilərək 1997-ci ilin noyabrın 29-da Azərbaycana ekstradisiya edilib.

1998-ci ildə Azər Aslanov öz ifadələrində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən erməni yazıçı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.
Məhkəmə araşdırmaları zamanı müəyyən olunub ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir Azər Aslanovla görüşüb.
9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının “Artur” adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirib və azad olunması üçün yaxın qohumlarından birinin İrəvan şəhərinə gəlməsinin zəruriliyini qeyd edib.
16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova İrəvana gəlib və Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilib.
Bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75” təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilib. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanıb, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodorant qutularında gizlədilib.
A.Aslanov İrəvan-Mineralnıye Vodı-Bakı marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyası arasında qatarda terror aktını həyata keçirib və yenidən Ermənistana qayıdıb. Daha sonra isə Rusiyaya gedərək orada yaşayıb.
Bu müddət ərzində İrəvanda girov saxlanılan anası yalnız bundan sonra azad olunub. İstintaq zamanı müəyyən edilib ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar.


Şərhlər
Elə indicə Respublika Prezidentinin rəsmi saytınd əfv olunanların siyahısında 3.1. saylı əhv olunanın (daha doğrusu ömürlük cəzanın 25 illik cəza ilə əvəz olunmasını) oxudum. Aslanov Azər isə artıq 27 ildir həbsdədir, deməli azadlığa buraxılıb.
ALLAHIM ermenilere lenet eyle kokun yer uzunden sil