Menu

Səudiyyə Ərəbistanı türk məktəblərini bağlayıb - Münasibətlərdə gərginlik azalmır

19.03.2021, 08:28
Səudiyyə Ərəbistanı türk məktəblərini bağlayıb - Münasibətlərdə gərginlik azalmır

2020-ci ildən «Türkiyədə istehsal edilib» kimi markalanmış malları qeyri-rəsmi boykot edən Səudiyyə Ərəbistanı hakimiyyəti Məkkə və Mədinədə 5 türk məktəbini bağlayıb. Bu barədə martın 18-də «Ahval» analitik-informasiya portalı yazıb.

Ankaranın bütün səylərinə baxmayaraq, bu ərəb monarxiyası başlıca islam müqəddəs ünvanlarının yerləşdiyi göstərilən şəhərlərdə Türkiyə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması barədə hələ 2020-ci ilin sonunda qərar qəbul edib. Bu barədə Türkiyə Təhsil Nazirliyinin yüksək məqamlı məmuru Əhməd Əmrə Bilgiliyə istinadla «Sözçü» qəzeti yazıb.

«Biz, məktəblərin yenidən açılması məsələsi üzərində işləyirik» - Bilgili qəzetə bildirib.

Ankara və Ər-Riyad arasında diplomatik münasibətlər səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının İstanbuldakı Səudiyyə konsulluğunda öldürülməsindən (2018) sonrakı dövrdə gərgin olaraq qalır.

AzPolitika.info

Şərhlər

t.ədalət 2021-03-20 16:02:43

Səudiyyə Ərəbistanı vahabilərin ölkəsidir.İslamı ümmətini parçalamaq üçün xristian dövlətlərinin yaratdığı vahabizmin qarşısını ala biləcək dövlət ancaq Türkiyədir.Elə Azərbaycanın özündə sünnət olunmağın əleyhinə mübarizə aparan anti-islami qüvvələr var ...Hətta xüsusi poliklinikalar yaradıb "kəsilmiş əti" yerinə bərpa etdirmək istəyənlər var idi.Bu işə birbaşa Papanın rəhbərlik etdiyi deyilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol