Menu

Daha bir məktəb COVID-19 səbəbindən distant təhsilə keçdi

19.03.2021, 10:56
Daha bir məktəb COVID-19 səbəbindən distant təhsilə keçdi

Quba rayonu, Alekseyevka kənd kənd tam orta məktəbində müəllimdə koronavirus aşkar olunub.

Bu barədə "Report"un Şimal bürosuna məktəbin direktoru İsa Əlixanlı məlumat verib.

O bildirib ki, məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhsimova Gülxar Sabir qızının həyat yoldaşında COVID-19 aşkar edildiyindən, o da test verib və nəticəsi "pozitiv" çıxıb:

"Bu səbəbdən 19 mart 2021-ci il tarixindən 2 aprel 2021-ci il tarixədək məktəbdə tədris distant təhsil şəklində tədris olunacaq. Hazırda müəllim həkim nəzarətində müalicə olunur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol