Azərbaycanda koronavirusa daha 1 187 yeni yoluxma qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 245 490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534 nəfər müalicə olunaraq sağalıb, 3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.
Son sutka ərzində 11 692, bu günə kimi ümumilikdə 2 768 149 test aparılıb.



Şərhlər
Guya millət bilmir ki, TƏBİB-in sayğacını yenə sürətlə "fırladırlar"....
Zəhmət çəkib yazmıyın min yaxud iki min onsuzda inanmır 90 faizi insanların