Menu

Ərdoğan Sloveniya Prezidenti ilə danışdı

20.03.2021, 20:42
Ərdoğan Sloveniya Prezidenti ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sloveniyalı həmkarı Borut Pahorla telefon danışığı aparıb. Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Rabitə İdarəsi məlumat yayıb.

Tərəflər Türkiyə-Sloveniya münasibətlərini müzakirə ediblər.

Prezident Ərdoğan strateji tərəfdaşlıq haqqında Türkiyə-Sloveniya sazişinin imzalanmasının 10-cu ildönümündə ölkələr arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə inkişaf etdiyini bildirib.

Ərdoğan Sazişin regionda sülhə, sabitliyə və inkişafa da töhfə verəcəyinə ümidvar olduğunu söyləyib.

Prezidentin sözlərinə görə, Türkiyə ilə Sloveniya arasında ticarət və iqtisadi əlaqələrin böyük potensialı var.

Türkiyəli lider ölkəsinin Aİ-yə üzvlük məsələsində göstərdiyi dəstəyə görə Sloveniyaya təşəkkürünü bildirib.

Ərdoğan iyulun 1-də Türkiyənin Aİ-yə sədrlik etməsinin ikitərəfli əlaqələrin inkişafına daha böyük töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol