Menu

Blinken Avropaya gələcək - Transatlantik əlaqələri bərpa etmək üçün

21.03.2021, 00:06
Blinken Avropaya gələcək - Transatlantik əlaqələri bərpa etmək üçün

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Katibi Entoni Blinken gələn həftə Brüsselə səfər edəcək və NATO ölkələrinin Xarici Işlər nazirləri və Avropa İttifaqının (Aİ) nümayəndələri ilə görüşlər keçirəcək.

Bu barədə martın 19-da ABŞ xarici siyasət idarəsindən xəbər veriblər. Səfər Co Bayden administrasiyasının əsaslı şəkildə laxlamış transatlantik əlaqələri bərpa etmək səyləri fonunda baş tutacaq. Məlumdur ki, bu əlaqələr keçmiş Prezident Donald Trampın idarəçiliyi dövründə xeyli tənəzzül edib («Röyter»).

Dövlət Departamentinin xəbərində deyilir ki, NATO-nun mənzil-qərargahında Entoni Blinken «Şimali Atlantika Alyansında təklif olunan dəyişiklikləri», Çin və Rusiya ilə əlaqəli narahatlıqları, iqlim dəyişikliyini, kibernetik və energetik təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Dövlət Katibi Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə görüşərək, pandemiyanın iqtisadi nəticələrinin önlənməsi məsələsini və «demokratiyanın möhkəmləndirilmsi üzrə səyləri» müzakirə edəcək.

«Brüsseldəki görüş Birləşmiş Ştatların öz müttəfiqləri və h'mkarları qarşısındakı öhdəliklərinə sadiq olduğunu təsdiləyəcək» - bəyanatda deyilir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol