Rusiyada son bir gündə daha 9 299nəfərə COVID-19 diaqnozu qoyulub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 456869nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 371nəfər artaraq 94 659-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 069395nəfər sağalıb.


Şərhlər