Menu

Yazıçı Azər Abdulla koronavirusdan vəfat edib

21.03.2021, 15:49
Yazıçı Azər Abdulla koronavirusdan vəfat edib

Yazıçı Azər Abdulla COVID-19-dan dünyasını dəyişib. Bu barədə "Report"a açıqlamasında onun oğlu, yazıçı Alpay Azər məlumat verib.

O bildirib ki, atası ötən gün vəfat edib: "Xəstəliyi ağır keçirirdi. 20 günə yaxın xəstəxanada müalicə aldı, amma onu itirdik".

Yazıçı özünün vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, mart ayının əvvəli ata-oğul hər ikisi koronavirusa yoluxmuşdu. A.Abdulla vəziyyəti ağır olduğu üçün Yeni Klinikaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.

Allah rəhmət eləsin!

Şərhlər

t.ədalət 2021-03-21 15:58:03

Azərbaycan xəstəxanaları koviddən müalicə olunmaq inamını sındırdı.Adamlar,artıq xəstəxanaya gedərlərsə öləcəklər-deyə fikirləşirlər.Bununla da hakimiyyətin əhalinin sağlamlığı üçün narahatlığı mənasını itirdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol